• $
  • €
  • ₽
  • ₺
  • £

Əbülfəs Qarayev: “Azərbaycanda vahid çimərlik standartları hazırlanacaq"

Əbülfəs Qarayev: “Azərbaycanda vahid çimərlik standartları hazırlanacaq"
15.07.2016 19:00
Gələcəkdə yay mövsümündə çimərlikdə xidmət göstərmək istəyənlər müqavilə bağlayarkən mütləq standartlara əməl etməlidirlər

"Azərbaycanda vahid çimərlik standartları işlənib təsdiqlənməlidir". 

"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Novxanıda nümunəvi çimərliyin açılışında deyib.

Onun sözlərinə görə, gələcəkdə yay mövsümündə çimərlikdə xidmət göstərmək istəyənlər müqavilə bağlayarkən mütləq standartlara əməl etməlidirlər. 

Nazir bildirib ki, nümunəvi çimərliyə Bolqarıstan, Gürcüstan, Almaniya və digər ölkələrdən turistlər gəlir: "Nümunəvi çimərlik standartları təsdiqləndikdən sonra bütün yerli icra hakimiyyəti orqanlarına tövsiyə olunacaq. Bu gün qarşıda duran əsas məsələ Azərbaycanın beynəlxalq çimərlik standartlarına qoşulmasıdır. Dünyada böyük bir mavi çimərlik hərəkatı var. Mavi çimərliklərdə bütün standartlara əməl olunur. Biz istəyirik ki, Azərbaycan da bu hərəkəta qoşulsun. Bunun üçün isə müəyyən standartlar işlənməlidir”.

Ə.Qarayev turistlərin Azərbaycanda internet xidmətlərinin zəif olması ilə bağlı şikayətlərinin araşdırıldığını da qeyd edib.

Nazir qeyd edib ki, çimərlikdə standartlara uyğun bütün tədbirlər görüləcək: "Geyinib, soyunma yerləri, sanitar qovşaqları yüksək tələblərə cavab verəcək".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol