• $
  • €
  • ₽
  • ₺
  • £

88-ci teatr mövsümünün “Sima”sı təqdim ediləcək

88-ci teatr mövsümünün “Sima”sı təqdim ediləcək
18.07.2016 23:25
Sabah saat 13.00-da Dövlət Gənc Tamaşaçılar Teatrında 88-ci teatr mövsümünün yekunlarına həsr olunmuş iclas keçiriləcək.
 
İclasda mövsüm ərzində seçilən teatr əməkdaşları "Sima” teatr mükafatı ilə təltif olunacaqlar.  Mükafat teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanmış ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub.  

Ötən ildən fərqli olaraq bu il nominasiyalara bir qədər dəyişiklik edilib. Belə ki, bu ilki mükafatlar "ən yaxşı tamaşa”, "mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, "mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, "mövsümün ən uğurlu baletmeysteri”, "mövsümün seçilən aktyoru”, "mövsümün ən məhsuldar aktyoru” "mövsümün ən məhsuldar aktrisası”, "mövsümün ən yaxşı texniki işçisi”, "mövsümün perspektivli aktyoru”, "teatrın dostu”, "mövsümün ən işgüzar əməkdaşı”,  "mövsümün ən yaxşı epizodik rol ifaçısı” nominasiyası üzrə olmaqla 12 adda müəyyənləşdirilib. Artıq münsiflər heyəti iclas keçirərək gizli səsvermə yolu ilə nominantları müəyyənləşdiriblər.

Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi mükafat ilk dəfə ötən il bir qrup teatr əməkdaşına təqdim olunub.  



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol