• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı alimin Fransa və Kanadada kitabı nəşr olunub

Azərbaycanlı alimin Fransa və Kanadada kitabı nəşr olunub
20.07.2016 17:41
Fransa və Kanadada "Azərbaycanın neft və qaz ehtiyatları: ölkənin regional enerji habına çevrilməsi” kitabı ingilis dilində nəşr olunub.

Trend-in məlumatına görə, məşhur "Connaissances et Savoirs” nəşriyyatı tərəfindən eyni vaxtda hər iki ölkədə dərc edilən kitabın müəllifi Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru Fazil Zeynalovdur.

Kitab 6 fəsildən ibarətdir. I fəsildə Azərbaycanın dünyada ən qədim neft istehsalçısı olduğu qeyd edilir, ölkənin neft və qaz resurslarının istismarı tarixi əks etdirilir. Bu diyarın orta əsrlərdə qonşu ölkələrə neft ixrac etdiyi bildirilir, zəngin təbii resurslara və əlverişli coğrafi mövqeyə malik Azərbaycanın tarixi inkişaf yolu nəzərdən keçirilir.

II fəsildə Azərbaycanın dünya neft sənayesinin inkişafına töhfələri xatırlanır, vurğulanır ki, dünyada neftə tələbatın artması ilə əlaqədar XIX əsrdə Azərbaycan neft sənayesi sürətlə inkişaf etməyə başlayıb və ilk texniki yeniliklər məhz bu ölkədə tətbiq edilib.

III fəsildə neft sektorunun xarici sərmayəçilərin üzünə açılmasından, Azərbaycanın "yeni Eldorado”ya çevrilməsindən söz açılır, ümummilli lider Heydər Əliyevin enerji strategiyasının incəliklərindən bəhs edilir. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumat verən müəllif Ulu Öndərin müasir Azərbaycanın inkişafında rolunu xüsusi qeyd edir.

IV fəsil Azərbaycanda neft və qaz marşrutların diversifikası siyasətinə toxunulur, milli neft və qaz strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın regional enerji habınə çevrilməsi haqqında məlumat verilir.

V fəsildə neft və qaz gəlirlərinin cəmləşdiyi Dövlət Neft Fondunun şəffaf və səmərəli fəaliyyəti, onun Azərbaycan xalqının sosial rifahının yüksəlməsində rolu, strateji əhəmiyyətli layihələri maliyyəlləşdirməsi işıqlandırılır.

VI fəsildə isə Xəzər dənizinin hüquqi statusu məsələsinə toxunulur və sahilyanı dövlətlər arasında imzalanan Rəşt, Gülüstan, Türkmənçay, Moskva və Tehran müqavilələri təhlil edilir. Müəllif Xəzər dənizinin hüquqi statusu ilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq hüququn prinsip və normalarına uyğun olduğunu əsaslandırır.

"Connaissances et Savoirs” nəşriyyatı kitabın dünyanın ali məktəblərində dərs vəsaiti kimi istifadə olunmasını tövsiyə edib. Nəşriyyat kitabı "Azərbaycan: Odlar Yurdu” devizi ilə satışa çıxarıb.

Bu, tədqiqatçı-alim Fazil Zeynalovun Fransa və Kanadada nəşr olunan sayca 7-ci kitabıdır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol