• $
  • €
  • ₽
  • ₺
  • £

Flora Kərimovanın 75 yaşı tamam olur

Flora Kərimovanın 75 yaşı tamam olur
22.07.2016 20:00
İyulun 23-ü Azərbaycanın məşhur müğənnisi, xalq artisti Flora Kərimovanın yubileyidir.

"Report" xəbər verir ki, Flora Kərimovanın 75 yaşı tamam olur.

F.Kərimova "Report"a açıqlamasında doğum günlərini qeyd etmədiyini, buna görə yubileyini də keçirməyəcəyini deyib: "Çünki iyulun 23-ü Ağdamın işğal günüdür. Məhz bu səbəbdən yubileyim də olsa, qeyd etmək fikrim yoxdur. Təbriklər gələcək. Sağ olsunlar. Məni sevən, mənə dəyər verən hər kəsə minnətdarlığımı bildirirəm. Hər birinizi öpürəm".

Xatırladaq ki, Flora Kərimova 1941-ci ildə Bakıda anadan olub. 1964-cü ildә Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1977-ci ildә isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, 1960-cı illərdə Azərbaycn Dövlət Filarmoniyasında çıxış edib.1983-cü ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Klassik Avropa operası (nümunə üçün"Qaynana" filmində Dilbərin ariyası, Sular qız romansı) Milli Opera janrı (doqquz dəfə Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli), xalq mahnıları, bəstəkar mahnılarının, Klassik Art-Estrada (Sovet Estradası) janrlarının ustad sənətkarıdır. Azərbaycan Klassik Art-Estrada janrının banisidir (Ona qədərki Sənətkarlar - Rəşid Behbudov və Mirzə Babayev daha çox milli çalarlı estrada bəstəkar mahnıları ifa edib.), Bəstəkar Elza İbrahimova xüsusi olaraq Flora Kərimovanın səsi üçün "Afət" operasını bəstələyib.

"Qanun naminə" bədii filmində baş rolu ifa edib.

Əsrarəngiz səsi, bəşər tarixində, yeganə dörd oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən (məsələn İmma Sumac) fərqi ondadır ki, o, nəinki 4-cü oktavada vokaliz ifa edir, hətta bu yüksəklikdə oxuya da bilir. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol