• $
  • €
  • ₽
  • ₺
  • £

“CinemaPlus” kinoteatrlar şəbəkəsi “Milli kino Günü”nü qeyd edir

“CinemaPlus” kinoteatrlar şəbəkəsi “Milli kino Günü”nü qeyd edir
29.07.2016 17:36
2 avqust premium kinoteatrlar şəbəkəsi sayılan "CinemaPlus”da bütün kinematoqrafiya sahəsində çalışanların peşəkar bayramı olan "Milli Kino Günü” qeyd olunacaq.

Həmin gün "CinemaPlus”28 Mall və "CinemaPlus”Khamsa (Gəncə şəhəri) 1945-ci ildə Üzeyir Hacıbəyovun operettasının əsasında çəkilən və baş rolda Rəşid Behbutoun yer aldığı restavrasiya olunmuş "Arşın mal alan” filminin yeni versiyası nümayiş olunacaq. Bu layihənin vacibliyini qiymətləndirən "Heydər Əliyev Fondu” və” Ata Holding” rəhbərliyidə bu işin həyata keçməyində öz dəstəyini əsirgəməyib. "Arşın mal alan” filminin restavrasiyasında daha çox adam iştirak etmiş, nəyin ki filmin çəkilişində. İşlər eyni zamanda 4 ölkədə gedirdi. Layihənin üzərində işləyənlər "Oskar” premiyasının sahibləri və Hollivudun peşəkarları idi.

Həmçinin 2 avqust tarixində "Cinemaplus”28 Mall-da "ADDIM” Gənclər Təşkilatı ilə birgə bu filmlərdə nümayiş olunacaq:

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azerbaycanfilm” kinostudiyasında çəkilən "Yarımçıq xatirələr” filmi. Əsas çəkiliş səhnələri Belarusda baş vermişdir: Brest, Minsk və Vileyka qəsəbəsində. Film 1941 cı ildə qəhrəmancasına Brest divarlarını müdafiə etmiş, 50 il sonra isə öz doğma Dağlıq Qarabağ torpaqlarını düşmənlərdən qoruyan əsgər haqqında bəhs edir. (Giriş yalnız dəvətnamə ilə)

Milli yazıçı Çingiz Abdullayevin "Quba Kapriççiosu” romanının motivləri əsasında çəkilən və məşhur Dronqo haqqında yazılan kitablar silsiləsinə daxil olan "Xeyirlə şərin rəqsi” filmi.

Bir ailənin faciəsi haqqında bəhs edən və Azərbaycan kinematoqrafiyasının əsas ulduzlarının iştirakı ilə çəkilən "Pərdə” filmi.

Məktəblilərin çəkildiyi "Dərs” filmi.

"CinemaPlus” 28 Mall-a biletlərin qiyməti 3 manat olacaq.

"CinemaPlus” Khamsa-yə isə biletlərin qiyməti 2 manat olacaq.

Daha ətraflı məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni "CinemaPlus” mobil əlavəsini yükləyin. 
itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8 
play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol