• $
  • €
  • ₽
  • ₺
  • £

“Amburan Mall”da “CinemaPlus” kinoteatrının təntənəli açılışı baş tutub

“Amburan Mall”da “CinemaPlus” kinoteatrının təntənəli açılışı baş tutub
04.08.2016 11:23
İyulun 31-də Xəzərin sahilində, Bilgəh qəsəbəsində olan "Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən müasir premium kinoteatr "CinemaPlus” Amburanın təntənəli açılışı baş tutub.

Həmin gecənin qonaqları şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər, sahibkarlar və iri şirkətlərin rəhbərləri olmuşdurlar. Möhtəşəm açılış açıq səma altında keçmişdir. Əsas diqqəti dekorasiya, güllərdən arka, şarlar və nəhəng dirijabl çəkmişdir. Tədbirin tamamlayıcı hissəsi isə nəhəng tort və salut olmuşdur.

Tədbirdə iştirak edən "CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə və "Amburan Mall” ticarət mərkəzinin baş meneceri Rəcəb Babayev açılışı nitqi ilə qonaqları salamlamışlar və hər kəsi təbrik etmişdilər. Həmçinin tədbirdə "CinemaPlus” kinoteatrlar şəbəkəsinin repertuar planlaşdırılması üzrə direktoru Faiq Kazımov çıxış etmişdir.

Əsas tərəfdaşlarından biri isə beynəlxalq keyfiyyətə nəzarət sahəsində lider sayılan "İntertek” şirkəti idi.

Qeyd edək ki, dünyada 44 ölkədə 500-dən çox kinoteatrı dizayn işlərini reallaşdıran Kanadanın "Mesbur+Smith Architects” şirkəti "CinemaPlus” Amburan Mall kinoteatrının da dizayn işlərini tam olaraq görmüşdür.

"CinemaPlus” Amburan Mall-da dünya standartlarına cavab verən 3 zal var. Zallar ispan istehsalı olan yüksək səviyyəli rahat kreslolar ilə təchiz olunub. Bundan başqa "CinemaPlus” Amburan Mall kinoteatrında Master İmage 3D texnologiyası tətbiq olunur.

Həmçinin VİP zalda tamaşaçıların filmlərə, kino nümayişi zamanı qida və içki sifariş etmək şəraiti yaradan şəxsi masası olan kreslolarda izləmək imkanları olacaq. Kino izləyərkən mobil telefonları kreslolarda xüsusi quraşdırılmış USB avadanlığının köməyi ilə cərəyan etmək şansı da əldə edəcək.

Kinosevərlərə unudulmaz anlar və ideal istirahət bəxş etmək imkanı bununla məhdudlaşmır. Təbii ki, popkornsuz və sərinləşdirici içkilərsiz film izləmək və həzz almaq ağlasığmazdır. Burada xoş və komfortlu istirahət

üçün müxtəlif popkornlar, şəkərli pambıqlar və buzlu alkoqolsuz kokteyllər təklif olunur.

Tədbirin sponsorları olmuşdurlar: Cinema Distribution, Avto FM, Kevents Group, Bolşoy prazdnik, AZZA, TNT və İDEAL Parfumery.

"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasından ən yaxşı premyeraları ilə sevindirməyə hazırdır.

Daha ətraflı məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonları üçün yeni "CinemaPlus” mobil əlavəsini yükləyin. itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8
play.google.com/store/apps/details?id=com.promote.cinemaplus




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol