• $
  • €
  • ₽
  • ₺
  • £

Opera və Balet Teatrının simfonik orkestri Almaniyada çıxış edib

Opera və Balet Teatrının simfonik orkestri Almaniyada çıxış edib
11.08.2016 22:01
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin kollektivi avqustun 1-dən 9-dək Almaniyada qastrol səfərində olub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollektiv Bavariyada keçirilən XX yubiley Qut-İmmlinq Opera sənəti festivalında iştirak edib.
 
Teatrın simfonik orkestri avqustun 7-də Qrand-final konsertində çıxış edib. 
 
Qala-konsertdə orkestri festivalın bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok, azərbaycanlı dirijorlar –xalq artisti, professor Cavanşir Quliyev, Əyyub Quliyev və Murtuza Bülbül idarə ediblər.
 
Konsertdə klassik dünya bəstəkarlarının musiqiləri ilə yanaşı, Azərbaycan simfonik musiqisinin ən yaxşı nümunələri – Ü.Hacıbəylinin "Koroğlu” operasından Koroğlunun ariyası, Q.Qarayevin "Yeddi gözəl” və F.Əmirovun "Min bir gecə” baletlərindən parçalar, Niyazinin "Qaytağı”sı və Q.Qarayevin "Pavana” simfonik qravürləri, P.Bülbüloğlunun "Eşq və Ölüm” baletindən parça və "Azərbaycan” əsəri səslənib.
 
Azərbaycan orkestri növbəti ildə Qut-İmmlinq festivalında iştirak etmək üçün dəvət alıb. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol