• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail Kafkanın əlyazmalarını milli irs elan edib

İsrail Kafkanın əlyazmalarını milli irs elan edib
13.08.2016 15:11
İsrail axır ki, "Kafka" məhkəməsini udub.

İsrail Ali Məhkəməsi Franz Kafkanın əlyazmalarının Milli Kitabxanaya verilməsi ilə bağlı qərar çıxarıb. Bu qərarın uzun məhkəmə çəkişmələrindən sonra verilib.

İsrail Ali Məhkəməsinin qərarına görə Franz Kafkanın əlyazmaları Yerusəlimdəki Milli Kitabxananın mülkiyyətinə keçməlidir. Bu haqda qərar bazar ertəsi günü verilib. İsrail höküməti əlyazmaları İsrailin milli-mədəni irsi kimi tanıyıb.

Kafka Çexiya paytaxtı Praqada doğulub və 1924-cü ildə 40 yaşında vərəm xəstəliyindən dünyasını dəyişib. O ölməzdən öncə əlyazmalarını yaxın dostu Max Broda vermiş və onları yandırmağı istəmişdi.

Brod əlyazmaları yandırmağa qıymamış və onların çoxunu çap etdirmişdi. 1939-cu ildə əksər yəhudilər kimi Avropanı tərk edib Fələstinə yollanan Max Brod çamadanında Kafkanın əlyazmalarını da aparıb. O 1968-ci ildə Tel-Əvivdə dünyasını dəyişməzdən öncə köməkçisi Esther Hoffe-yə vəsiyyət edib ki, əlyazmaları ya Yerusəlimdəki Yəhudi Univerisitetinə, ya Tel-Əviv bölgə kitabxanasına ya da İraildə yaxud ordan kənarda hansısa bir təşkilata versin. Lakin, Hoffe Kafkanın "Məhkəmə” əsərinin əlyazmasını 2 milyon dollara satır qalanlarını isə qızları Eva Hoffe və Ruth Wiesler-ə vəsiyyət edib 2007-ci ildə dünyasını dəyişir.

2009-cu ildə Hoffe ailəsinə qarşı başlayan məhkəmədə İsrail höküməti Max Brodun son istəyini həyata keçirmək üçün çap olunmamış yazılarla bərabər Kafkaya aid olan bütün sənədləri hökümətə təhvil verməyi tələb edib. Hoffe-nin qızları isə bu tələbi rədd edir və Brodun vəsiyyətində Kafkanın əlyazmalarını İsraildə həmçinin ölkədən kənarda olan bir quruma verilməsinin açıqca göstərildiyini deyirlər.

Bazar günü keçirilmiş iclasda Ali Məhkəmə Max Brodun vəsiyyətində bir məqama diqqət çəkib: "Max Brod vəsiyyət etdiyi əlyazmaların yaxşı qiymətə satılmasına qarşı çıxır, onların sadəcə ədəbiyyat yaxud mədəniyyət təşkilatlarının birinə verilməsini istəyir”.

İsrail milli kitabxanası məlumat yayıb ki, onlar Kafka və Brod arasındakı yazışmaları, Kafkanın Paris jurnallarını və cürbəcür rəsm əsərlərini alacaqlar. Hoffe və onun qızları Kafkaya aid kolleksiyanın böyük hissəsini İrail və İsveçərədəki banklarda saxlayırlar.

(Azadliq.org)

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol