• $
  • €
  • ₽
  • ₺
  • £

Peruda ilk dəfə Azərbaycan filmləri nümayış olunub

Peruda ilk dəfə Azərbaycan filmləri nümayış olunub
16.08.2016 11:57
2016-cı ilin 05 - 13 avqust tarixlərində Peru Respublikasının paytaxtı Lima şəhərində 20-ci Beynəlxalq Kinofestival keçirilib.
           
Azərbaycanın Perudakı Diplomatik Nümayəndəliyindən APA-ya verilən məlumata görə, Azərbaycan və Peru arasında mədəni əlaqələri möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə Diplomatik Nümayəndəlik və AR Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq Azərbaycan filmləri də kinofestivalda nümayiş olunub.
           
Kinofestivalda qədim və zəngin keçmişə malik olan Azərbaycan kino sənayesinin müxtəlif dövrlərini əhatə edən 7 film - "Arşın mal alan”, "O olmasın, bu olsun”, "Yarasa”, "Özgə vaxt”, "Çölçü”, "Nabat” və "Axınla aşağı” bədii filmləri ispan dilində subtitrlərlə nümayiş etdirilib. Festival çərçivəsində 400-ə yaxın müxtəlif janrda xarici filmlər, o cümlədən Latın Amerikası filmləri ilə yanaşı Fransa, İsveçrə və bir sıra ərəb ölkələrinin filmləri də nümayiş etdirilib.
 
Böyük Milli Teatrda keçirilmiş kinofestivalın təntənəli açılış mərasimində Peru Respublikasının Mədəniyyət Naziri Xorxe Nieto Montesinos (Jorge Nieto Montesinos) çıxış edərək, Latın Amerikası kinematoqrafiyasının keçmişi, bu günü və gələcəyi haqqında danışıb, mədəni irs və zəngin təxəyyüllərini əks etdirən filmlərin dünyanın müxtəlif ölkələrinin bir-birinə yaxınlaşmasında mühüm rol oynadığını bildirib. Kinofestivalda nümayiş olunmuş filmləri Peru Respublikasının Mədəniyyət Nazirliyinin kinoteatrında, Peru Milli Kitabxanasının kinoteatrlarında, mədəniyyət mərkəzlərində, habelə ölkənin digər şəhərlərindəki böyük kinoteatrlarında 1 milyondan artıq tamaşaçı izləyə bilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol