• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulun mərkəzində cənnət guşəsi - FOTOLAR

İstanbulun mərkəzində cənnət guşəsi - FOTOLAR
19.08.2016 15:22

Rüstəm Qasımov

Türkiyənin ən böyük şəhəri, əsas limanı, ticarət mərkəzi İstanbul artıq lap çoxdandır meqapolisdir və şəhərin sərhədləri, əhalisi də gün keçdikcə böyüyür. Ancaq bu səs-küylü meqapolisin düz ortasında elə bir cənnət guşəsi var ki, sakitliyi, dincliyi ilə insanları sərməst edir. Şəhərin səs-küyündən, tüstü-dumanından yorulanlar bu parka üz tuturlar. Bura şəhərin tarixi məkanlarından olan Eminönü rayonunda yerləşən, əfsanəvi Osmanlı sultanları sarayı Topkapının yaxınlığındakı Gülhane parkıdır. Parkın adının haradan gəlməsi də maraqlıdır, burada uzun müddət ecazkar güllər yetişdirilib, Gülhane, yəni Gülxana. 

Parkı tapmaq çətin deyil, şəhərin mərkəzindəki işarələr vasitəsilə də onu tapmaq mümkündür.  

Biraz parkın tarixi barədə. Osmanlı imperiyası dövründə Gülhane parkının yerində Topkapı sarayının bağları yerləşib və onun böyük hissəsini ağaclar təşkil edib. 1839-cu ildə sarayın bağında Gülhane müqaviləsi imzalanıb. Sazişin imzalanmasında məqsəd imperiyanı modernləşdirəcək Tanzimat islahatlarına başlamaq olub: sazişdə göstərilirdi ki, imperiyanın təbəələri etnik və dini inanclarından asılı olmayaraq, hüquq və öhdəliklər baxımından bərabərdirlər. Sazişin mətnini görkəmli dövlət xadimi, diplomat və islahatçı böyük vəzir Mustafa Rəşid paşa imzalayıb. 

XX əsrdə bələdiyyənin qərarıyla bağın bir hissəsi parkın qurulması üçün ayrılıb və 1912-ci ildə ictimaiyyətə açıq elan edilib. Əvvəllər parkın ərazisində istirahət guşələri, kafelər, oyun meydançaları olub, həmçinin yarmarkalar keçirilib. Sonradan Gülhanedə balaca zoopark açılıb, 1926-cı ildə Türkiyədə ilk dəfə olaraq, Atatürkün heykəli burada qoyulub. 

Son dövrlərdə park bir çox dəyişikliklərə məruz qalıb. Məsələn, bağdakı piknik yerləri və zoopark ləğv edilib, yarmarkalara son verilib, bunun da nəticəsində parkın ərazisi xeyli genişlənib. beton konstruksiyaların ləğvi nəticəsində park öz təbii landşaftına qovuşub və 1800-cü illərdə əkilən ağaclar indi daha yaxşı görünür. 

Parkın qərb qurtaracağında Topkapı sarayının bir vaxtlarkı geniş at tövlələrinin yerində indi İstanbul islam elmi və texnikası muzeyi yerləşir, parkın açılışını 2008-ci ildə Rəcəb Tayyib Ərdoğan edib. Muzeydə VIII-XVI əsrlərin astronomiya, coğrafiya, kimya, geodeziya, optika, tibb, fizika və hərb sənətinə dair 140 nümunə sərgilənir. 

Gülhane parkı bir təpənin başında yerləşir, buradan isə Bosfora və Qızıl buynuz buxtasına möhtəşəm bir mənzərə açılır. 

Parkın ərazisindəki skamyalardan başqa, istirahət edənlər balaca besedkalarda da dincələ bilərlər. 
 
Hər ilin aprel ayında Gülhane parkında zanbaqlar festivalı keçirilir, bu da şəhərdəki əsas bayramlardan birinə çevrilir, bu park təkcə gözəl deyil, həm də olduqca təmiz və komfortludur. 

Oxucularımıza Gülhane parkından fotosessiyanı təqdim edirik. 

Xoş seyrlər: 
 









































www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol