• $
  • €
  • ₽
  • ₺
  • £

Kitab klubundan yeni kitablar çapdan çıxıb

Kitab klubundan yeni kitablar çapdan çıxıb
19.08.2016 14:27
"Kitab Klubu"u Oxu Zalına yeni çıxmış 4 kitab haqda məlumat verib.

MUSTAFA ÇƏMƏNLİ

"Xallı gürzə"

Kitab XVIII əsrin əvvəllərində Nadir şahdan qaçmış və Qarabağ xanlığını yaratmış Pənah xandan bəhs edir.

Tarixi qaynaqları bədii təxəyyülünə söykək seçən müəllif əsərdə görkəmli sərkərdə, müdrik dövlət xadimi Pənah xanın Zəmanəyə diz çökməyən obrazını yaratmışdır. Xalqın dövranı qara gələndə Zaman onun böyük oğullarını xallı gürzə timsalında udub məhv edir. Roman bu qayə ilə – zaman və şəxsiyyətin faciəsi fonunda oxucunun qan yaddaşını oyadır, onu daxili düşüncəyə və yaşanmaya sövq edir.


Ernest Heminquey

Fiesta (roman)

Ernest Heminqueyin "Fiesta” ("Günəş doğur") romanı "itirilmiş nəsil” adlandırılanlardan bəhs edir. Romanın Birinci Dünya Müharibəsində fiziki və mənəvi işgəncələrə məruz qalan qəhrəmanları acı xatirələrdən uzaqlaşmağa çalışırlar. Onların hər biri bədbəxtdir: həyatda dayaq axtarırlar, amma tapa bilmirlər. Onların təlaşı, yeni təcrü-bələrə susuzluğu və səmimi ünsiyyətə olan aclığı buradan qaynaqlanır.

Kitabı dilimizə Tamella Abdıyeva tərcümə edib.


Stefan Sveyq

ŞAHMAT (novella)

Stefan Sveyq "Şahmat” novellasında insanın dərin duyğularının ən gizlin qatlarına enməyi bacarıb. Sveyq poetikasının əsasını qəlbi oxumaq qabiliyyəti idi. Bu novella çox qısa zaman ərzində kəskin bir-birinə zidd olan iki insanın xarekterini çılpaqlığı ilə gözlər önünə sərir. Kitabı dilimizə Çərkəz Qurbanlı çevirib.


Əhməd bəy Ağaoğlu

Sərbəst İnsanlar Ölkəsində

(İlk nəşr: İstanbul, 1930)

Kitabı türk dilindən dilimizə Sevda İsmayılova və Zeynal Məmmədli çeviriblər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol