• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda üç Azərbaycan yazarının kitabı çap olunub

Gürcüstanda üç Azərbaycan yazarının kitabı çap olunub
24.08.2016 17:38
Gürcüstan Yazıçıları Milli Akademiyasının xətti ilə azərbaycanlı yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin "Poçt qutusu” hekayələr kitabı, tanınmış alim Məhərrəm Qasımlının (Orxan Paşa) "Yağmur qoxusu” şeirlər kitabı və Xalq Şairi Sabir Rüstəmxanlının "Ölüm zirvəsi” romanı gürcü dilində çap olunub. Bu haqda "AZƏRTAC" xəbər verir.

Tbilisidəki "Universal” nəşriyyatında işıq üzü görən kitabların gürcü dilinə tərcümə olunmasında və nəşrində Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mirzə Məmmədoğlunun təşəbbüsü ilə başa gəlib.

Cəlil Məmmədquluzadənin "Poçt qutusu” hekayəsini Leyla Eradze, "Saqqallı uşaq” hekayəsini isə Nodar Canaşiya gürcü dilinə tərcümə etmişdir.

M.Qasımlının "Yağmur qoxusu” kitabında müxtəlif illərdə yazdığı müxtəlif mövzulu şeirləri yer alıb. Şeirlərin sətri tərcüməsi M.Məmmədoğluna, bədii tərcüməsi isə istedadlı gürcü şairi Avtio Çxaidzeyə məxsusdur.

S.Rüstəmxanlının "Ölüm zirvəsi” romanını isə gürcü dilinə tanınmış yazıçı, Gürcüstan Yazıçıları Milli Akademiyasının vitse-prezidenti Aleko Qabeliya tərcümə edib. (Azadliq.org)

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol