• $
  • €
  • ₽
  • ₺
  • £

73-cü Venesiya Beynəlxalq Kinofestivalının açılışı olub

73-cü Venesiya Beynəlxalq Kinofestivalının açılışı olub
01.09.2016 22:45
Hər il Venesiyanın Lido adasında keçirilən Beynəlxalq Venesiya Kinofestivalının təntənəli açılış mərasimi olub.

"Report" xəbər verir ki, 73-cü dəfə keçirilən Venesiya Kinofestivalının açılışı televiziya ilə canlı yayımlanıb.

Kinofestivalın açılışında dünyanın məşhur kino xadimləri iştirak edir.

Venesiya kinofestivalının açılışı "La La Lend" (La La Land) ekran əsərinin nümayişi ilə olub.

Filmdə baş rolu Emma Stoun ifa edib.

Kinofestivalın açılışında İtaliyada baş verənm dəhşətli zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edilib və bildirilib ki, nüfuzlu festivalın gəlirindən zəlzələdən zərər çəkənlərə yardım üçün istifadə ediləcək.

Festivalın açılış mərasimində tanınmış polyak kinorejissoru Eji Skolimovsko dünya kinematoqrafına verdiyi töhvələrə görə, "Qızıl Şir" mükafatı ilə təltif edilib.

Venesiya Kinofestivalının gündəliyində tanınmış rus rejissoru Andrey Konçalovskinin "Cənnət" filmi də yer alıb. Filmin nümayişi sentyabrın 8-də olacaq.
Qeyd edək ki, 73-cü Beynəlxalq Venesiya Kinofestivalı sentyabrın 10-dək davam edəcək.

Xatırladaq ki, Venesiya Film Festivalı 1932-ci ildə "Esposizione Internazionale d'Arte Cinematografica" adı ilə yaradılan, dünyanın ən qədim film festivalıdır. Bu festival hər ilə avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir.

Festivalın əsas mükafatları - "ən yaxşı filmlərə verilən mükafat" "Qızıl Şir" və "ən yaxşı aktyor və aktrisalara verilən mükafat" "Volpi kuboku" dur.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol