• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümünü açıq elan edib

Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümünü açıq elan edib
01.09.2016 21:01
Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümünün açılışına start verib.

Teatrın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, teatrın direktoru əməkdar artist, Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Mübariz Həmidov sentyabr ayının 17-də Gənc Tamaşaçılar Teatrının mövsümə başlayacağını deyib.

Həmin gün saat 12.00-da S.Şeydanın "Tülkü tülkü tünbəki” (premyera), saat 19.00-da İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər” tamaşaları göstəriləcək.
Oktyabr ayının 12-dən 15-dək Kalmık Milli Dram Teatrının kollektivi Gənc Tamaşaçılar Teatrının qonağı olacaq.Kalmık Respublikasının Mədəniyyət və Turizm Naziri Xonqor Elbikovun da iştirak edəcəyi qastrol səfərində bir neçə istedadlı kalmık rəssamının əl işlərindən ibarət sərgi nümayiş etdiriləcək.

Bu qastrol səfərində teatr maraqlı eksperiment aparacaq. Belə ki, ötən 88-ci mövsümdə teatrda kalmık rejissoru Boris Manciyevin hazırladığı "Qohumlar” tamaşası Dövlət GəncTamaşaçılar Teatrı və Kalmık Milli Dram Teatrının aktyorlarının ifasında göstəriləcək.

Qastrol səfərinin təntənəli bağlanış mərasimi oktyabr ayının 15-də baş tutacaq.

Yeni mövsümdə məşqlərinə hələ ötən mövsümdə start verilmiş iki tamaşa təqdim olunacaq. Bunlardan biri orta əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında hazırlanan eyniadlı tamaşa, digəri isə Dövlət Gənc Tamaşaçılar Teatrı, İsveç səfirliyi ilə birlikdə Astrid Lindqrenin "Uzuncorab Peppi” əsəri əsasında hazırlanan tamaşadır. Mövsümün növbəti premyerası isə Xanımana Əlibəylinin "Aycan” əsəri əsasında hazırlanacaq eyniadlı səhnə əsəri olacaq.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol