• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatr 107-ci mövsümə Milli Musiqi Günündə başlayacaq

Musiqili Teatr 107-ci mövsümə Milli Musiqi Günündə başlayacaq
07.09.2016 20:15
Azərbaycan Dövlət Musiqili Teatrı yeni mövsümünə 18 sentyabr – Milli Musiqi Günü start verəcək.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 107-ci mövsümün açılış günü dahi Üzeyir Hacıbəylinin ölməz "O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunacaq. "Ümummilli lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə hər il 18 senytabr tarixi ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix xalqımızın böyük, dahi oğlu, musiqi mədəniyyətimizin əbədi günəşi, Azərbaycan professional musiqisinin banisi Üzeyir Haçıbəylinin doğum günüdür. Qeyd edim ki, həmin gün – 18 sentyabrda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı da öz işinə başlayacaq. Biz də yeni teatr mövsümümüzün açılışını bu mötəbər, bayram əhval-ruhiyyəli gündə edəcəyik. Arasında festival iştirakçılarının, şəhərimizin qonaqlarının, əcnəbilərin də olacağı tamaşaçılarımıza Üzeyir Hacıbəylinin məşhur "O olmasın, bu olsun” iki hissəli musiqili komediyası ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə təqdim olunacaq. Xatırladım ki, teatrımızın əsası 1910-cu ildə Üzeyir Hacıbəylinin "Ər və arvad” iki hissəli musiqili komediyası ilə qoyulub. Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı isə 2009-cu ildən keçirilir”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.  

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Mükafatını qazanmış "O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimovadır. Tamaşada əsas rolları milyonların sevimli gülüş ustası,  Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova, Hüseyn Əlili və başqaları ifa edirlər.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol