• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalı faciəsindən bəhs edən film “Al Jazeera” kanalında

Xocalı faciəsindən bəhs edən film “Al Jazeera” kanalında
09.09.2016 12:16
Sentyabrın 10-da Bakı vaxtı ilə saat 11.00-da Qətərin "Al Jazeera” televiziya kanalında (doc.aljazeera.net/البث-الحي) ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan "Sonsuz dəhliz” ("Endless corridor”) müstəqil sənədli filminin nümayişi olacaq.

Filmin kanalda nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə baş tutacaq.

TEAS-dan Trend-ə verilən məlumata görə, "Sonsuz dəhliz” sənədli filmi şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin bütün reallığını əks etdirir. Film beş il müddətində böyük əmək sərf edilərək hazırlanıb. Xocalıda baş vermiş kütləvi insan qırğınını daha dərindən dərk etmək üçün bu film əvəzsiz ekran əsəridir.

Xatırladaq ki, filmin dünya üzrə ilk premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

"Sonsuz dəhliz” filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu "Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra "Sonsuz dəhliz” filmi bütün dünyada kinotənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən "Tenerife” Beynəlxalq Film Festivalında "Ən yaxşı sənədli film” və "Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında "Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında "Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında "Humanitar” mükafata layiq görülüb.

Film "Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin "TRT 1”, "Kanal 24”, "CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin "Channel 1” və "Eurochannel” televiziya kanalında nümayiş etdirilib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol