• $
  • €
  • ₽
  • ₺
  • £

“Yazıçılar Birliyində Anarın yerinə göz dikənlər var”

“Yazıçılar Birliyində Anarın yerinə göz dikənlər var”
14.09.2016 16:10
Şair Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyindən çıxıb. Bu barədə o, şəxsi facebook səhifəsində məlumat yayıb. Səbəb kimi doğum günlərinin qeyd edilməməsi göstərilib.

Adıçəkilən qurumun sədri Anar Rzayev şairin tələskənliyə yol verdiyini söyləyərək "tədbir də olacaq, təbrik də” deyib.
 
Milli Məclisin deputatı Nizami Cəfərov Modern.az-açıqlamasında  yazıçılar arasında yaranan söhbətlərə aydınlıq gətirməklə yanaşı, Yazıçılar Birliyində Anarın "yerinə göz dikən” şəxslərdən də danışıb.

"Düzü, bilmirəm, Rüstəm Behrudi hansı iddialarla çıxış edib. Amma, nədənsə neçə illərdir ki, Yazıçılar Birliyinin sədri Anar müəllimə qarşı bəzi adamlarda qısqanclıq hissi var. Sovet dövründə yazıçılar  arasında da münaqişələr, qruplara bölünmə halları var idi. Amma, bu, şəxsi münasibətlərdən çox ideoloji münasibətlər idi. İndi elə münaqişələr yoxdur. Əvvəla, burada belə bir məsələ var. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Anar müəllim Yazıçılar Birliyini qoruyub saxlayanda indi müəyyən şeylərə iddia edənlərin çoxu Yazıçılar İttifaqının dağılmasının tərəfdarı idilər. Bu tarixi biz yaşamışıq. Sonda da elə adamlar Anar müəllimin yerinə göz dikdilər ki, həmin adamlar vaxtilə müsahibələrində Yazıçılar İttifaqının ləğv olunmasını istədiklərini deyirdi”.
 
Deputat Yazıçılar Birliyinin sədri məsələsində  Anardan başqa namizəd görmədiyini deyib.
 "Anarın yerinə istənilən adama barmağınızı qoyun və deyin ki, "bu  yazıçı, Anarı əvəz edə bilər”. Mən elə adam görmürəm. Əvvəla, Anarın işləməyə haqqı var. Yazıçılar İttifaqı müəyyən mənada Anarın əlində müstəqil oldu. Anar müəllim onu qoruyub saxladı, inkişaf elətdirdi. Azərbaycanın müstəqilliyi inkişaf etdikcə Yazıçılar Birliyi də inkişaf etdi”.



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol