• $
  • €
  • ₽
  • ₺
  • £

“Al-Əlvan QARABAĞ” şüşə üzərində rəsm sərgisi keçiriləcək - FOTOLAR

“Al-Əlvan QARABAĞ” şüşə üzərində rəsm sərgisi keçiriləcək - FOTOLAR
14.09.2016 21:13
Qarabağ xalçaları şüşə üzərində rəsm sənəti ilə yaddaşlara yazılacaq

Qarabağ xalçaçılıq məktəbi ənənələrini yaşatmaq və gənc nəslə aşılamaq üçün "Al-Əlvan QARABAĞ” şüşə üzərində rəsm sərgisi keçiriləcək. Həyata keçirilən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Virtual Qarabağ İKT mərkəzinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, "ZƏKA” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin, "Sağlam Düşüncə” Gənclər təşkilatının və IB Club Gənclərin İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə Bakı və Şəmkir şəhərlərində baş tutacaq. 

Layihənin məqsədi Qarabağ xalçaçılıq məktəbinin spesifikliyini rəsm sənəti ilə gənclərə təbliğ etməkdir.
 


Hələ X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi tanınan Qarabağın həm dağlıq, həm də aran zonalarında xalçaçılıq sənəti özünəməxsus xüsusiyyətləri ilə fərqlənən inkişaf yolu keçib. Tarixi inkişaf prosesində Qarabağ xalçaçılıq məktəbi öz spesifikliyini qoruyub saxlayıb. Bu xalçaların bədii tərtibatında həndəsiləşdirilmiş nəbati naxışlar, rəmzi xarakterli rəsmlər, dekorativ və təsviri sənətin müxtəlif sahələrindən götürülmüş kompozisiyalar daxildir. 

Azərbaycanın milli ornamenti sayılan buta, həmçinin göl və xonçalar, müxtəlif heyvan (at, pələng, şir, maral, qartal və sair) təsvirləri, təbiət mənzərələri, ov səhnələri Qarabağ xalçalarında geniş istifadə olunub.  Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və az qala xalqın rəmzinə çevrilmiş xalça sənətinin, xüsusilə Qarabağ xalçaçılıq məktəbinin göz oxşayan ecazkarlığını cəmiyyətə çatdırmaq üçün şüşə üzərində təsvir olnacaq Qarabağ xalçaları gənc həvskar rəssamlar tərəfindən çəkilir. 
 


Qeyd edək ki, artıq sərgiləcək rəsm əsərləri tamamlanmaq üzrədir. Layihə çərçivəsində ilk sərgi Şəmkir şəhərində fəaliyyət göstərən "ZƏKA” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən Müasir İncəsənət Qaleriyasında 28 sentyabr saat 15:00-da baş tutacaq. Növbəti sərginin isə oktyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.  

Keçiriləcək olan sərgi haqda daha ətraflı məlumatı layihənin rəsmi "Feysbuk" səhifəsindən əldə edə bilərsiniz.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol