• $
  • €
  • ₽
  • ₺
  • £

Elçinin “Şekspir”i Musiqili Teatrda

Elçinin “Şekspir”i Musiqili Teatrda
15.09.2016 21:48
15-24 sentyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə "Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.
 
Festivalda ölkəmizin müxtəlif teatrları ilə yanaşı, Rusiyanın Moskva "Trikster” Teatrı, Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əhli Dubay Bələdiyyə Teatrı, Gürcüstanın C. Axmeteli adına Tbilisi Dövlət Dram Teatrı və  N. Dumbadze adına Professional Dövlət Gənclər Teatrı, İran İslam Respublikasının "Negab” Teatrı və başqa ölkələrin teatrları maraqlı tamaşalarla iştirak edəcəklər. Festival çərçivəsində qardaş Türkiyə Cümhuriyyətinin İstanbul Bələdiyyəsi Şəhər Teatrının tamaşası Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, İstanbul Bələdiyyəsi Şəhər Teatrı 22-23 sentyabr tarixlərində Azərbaycanın Xalq yazıçısı Elçinin "Şekspir” əsərini təqdim edəcək. Tamaşanın quruluşçu-rejissoru Türkiyədə yaşayan həmyerlimiz Əməkdar incəsənət xadimi Məlahət Abbasova, quruluşçu-rəssamı Ayhan Doğandır. Qeyd edək ki, böyük tamşaçı auditoriyasının sevgi və rəğbətini qazanan, qardaş ölkənin teatr ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən "Şekspir” tamaşası  "Yeni Teatro Dərgisi və Başarı ödülü” mükafatına layiq görülüb. Bundan öncə isə səhnə əsərində rol alan 5 aktyor "İlin ən yaxşı aktyoru” seçilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol