• $
  • €
  • ₽
  • ₺
  • £

II Şəki Beynəlxalq Teatr Festivalı başlandı

II Şəki Beynəlxalq Teatr Festivalı başlandı
16.09.2016 14:42
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən festivalda yeddi ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran və Birləşmiş Ərəb Əmirlikləri) teatrları iştirak edir. Festivalın tamaşaları Şəki ilə yanaşı, Mingəçevir və Bakıda da göstəriləcək.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Festival tədbirlərindən öncə mətbuat nümayəndələri üçün brifinq keçirilib. Brifinqdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və festivalın fəxri qonaqları - Rusiyadan tanınmış teatr tənqidçisi Valentina Fyodorova və Səudiyyə Ərəbistanından teatr mütəxəssisi və təşkilatçısı İbrahim Assiri iştirak ediblər.

"Üç məkan” festivalının təşkilat komitəsi bu sənət bayramında iştirak etmək istəyən 28 ölkədən 45 teatr kollektivinin yolladığı tamaşaların videolentinə baxdıqdan sonra seçim edib. Sentyabrın 25-dək davam edəcək festivalda ümumilikdə 12 tamaşa göstəriləcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol