• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın aktyorları “11 B - bilik günü”ndə

Musiqili Teatrın aktyorları “11 B - bilik günü”ndə
16.09.2016 18:41
Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları yeni tammetrajlı bədii filmə çəkiliblər.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, film "11 B - bilik günü” adlanır. Filmdə teatrın iki aktyoru – Məhərrəm Qurbanov və Əliməmməd Novruzov rol alıblar. Komediya janrında çəkilən "11 B - bilik günü” yeni ekran işində Məhərrəm Qurbanov  "proletarın dahi rəhbəri” Lenin, Əliməmməd Novruzov isə məktəb direktoru obrazını canlandırıb. "Çəkildiyimiz yeni "11 B - bilik günü” komediyasında sevgi, məhəbbət, romantika, mistika, orta məktəb illəri ilə bağlı ən ağlagəlməz situasiyalar, bir-birindən maraqlı, qəh-qəhə dolu hadisələr əks olunub. İnanırıq ki, günümüzlə səsləşən bir sıra olaylara, problemlərə güzgü tutan "11 B - bilik günü” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacaq. "11 B - bilik günü”nün fərqli cəhətlərindən biri də odur ki, bu film əyalətdə fəaliyyət göstərən prodakşn tərəfindən istehsal olunub və bütünlüklə Gəncədə çəkilib. İstehsalçı "Apollon production”un bu layihədə diqqət çəkən məqamlarından biri də filmdə professional aktyorlarla yanaşı, Gəncə litsey, kollec və orta məktəb şagirdlərini çəkiliş prosesinə cəlb etməsidir. Tamaşaçılarımızı çox maraqlı və uğurlu alınan "11 B - bilik günü” komediyasını oktyabr ayının əvvəllərindən etibarən kino-teatrlarda izləməyə dəvət edirik”, - deyə Məhərrəm Qurbanov və Əliməmməd Novruzov bildiriblər.

Qeyd edək ki, "11 B - bilik günü” filminin ssenari müəllifi və quruluşçu-rejissoru Elnur Axundov, quruluşçu-rəssamı Ruhiyyə Məmmədova, operatorları Rəşid Əlyarov, Yusif Cəfərov, bəstəkarı Xəyal Xəzridir. Filmdə Məhərrəm Qurbanov və Əliməmməd Novruzovla yanaşı, Gəncə Dövlət Dram Teatrının tanınımış simaları -  Xalq artistləri Alim Məmmədov, Məmmədəli Balayev, aktyorlar Kəmalə Məmmədova, Sevinc Hüseynova, Elnur Mehmanlı, Gəncə məktəblərinin şagirdləri Murad Meyfalıyev, Şəbnur Allahverdili, Hüseyn Cəfərov, Əfsanə Abbasova və başqaları çəkiliblər.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol