• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçrədə Azərbaycan caz konsertləri olacaq

İsveçrədə Azərbaycan caz konsertləri olacaq
20.09.2016 17:17
Azərbaycan İsveçrədəki səfirliyinin Beynəlxalq Bern Caz Festivalının təşkilatçıları ilə birgə əməkdaşlığı nəticəsində Bern şəhərində yerləşən dünyada yeganə caz mehmanxanası olan "İnnere Engenin Marians Jazz room" konsert zalında 4-8 oktyabrda Azərbaycanın tanınmış caz pianoçusu Şahin Növrəslinin ifasında Azərbaycan caz konsertləri təşkil ediləcək.

Səfirlikdən Trend-ə verilən məlumata görə, caz ifaçısı Ş.Növrəsli hər gecə 2 müxtəlif konsert programı olmaqla 5 gün müddətində İsveçrə caz sevənlərini Azərbaycan cazının incəlikləri ilə əyani tanış edəcək. Eyni zamanda həmin konsertlər zamanı tamaşaçılara Azərbaycan milli mətbəxinin nümunələri və Azərbaycan şərabları təqdim ediləcək.

Bununla yanaşı, konsertlər zamanı Azərbaycan mədəniyyəti və turizm potensialını özündə əks etdirən kitab və broşürlər, o cümlədən musiqi diskləri tamaşaçılara təqdim olunacaq.

İctimaiyyətə geniş məlumat verilməsi üçün İnnere Enge mehmanxanasının xüsusi caz proqramının broşürlərində (www.mariansjazzroom.ch/programm/) Azərbaycan barədə xüsusi reklam məlumatları da nəşr edilib, həmçinin İsveçrə caz radiosunun (www.radioswissjazz.ch/en/concert-calendar) İsveçrədə 4-8 oktyabr tarixlərindəki təqvimlərində musiqiçinin konsertləri barədə məlumat paylanılıb.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol