• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc Tamaşaçılar Teatrının aktyoru növbəti festivala dəvət aldı

Gənc Tamaşaçılar Teatrının aktyoru növbəti festivala dəvət aldı
21.09.2016 21:58
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru, IX Beynəlxalq Yay Teatr Məktəbinin müdavimi Eşqin Quliyev növbəti beynəlxalq tədbirdə iştirak etmək üçün dəvət alıb. Bu dəfə aktyorumuz Moskvada keçiriləcək "Территория”  XI  Beynəlxalq Müasir İncəsənət festival-məktəbində ölkəmizi təmsil edəcək.  

Festival-məktəb oktyabr ayının 10-dən – 20-dək Rusiya Federasiyası  Mədəniyyət Nazirliyinin və Moskva şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutacaq. 

Festival-məktəbin həyata keçirilməsində əsas məqsəd Rusiya tamaşaçısının, festivalın tələbə-iştirakçılarının, eləcə də Rusiyada fəaliyyət göstərən teatr universitetləri məzunlarının müxtəlif janr və məzmunda olan dünya teatr tendensiyaları ilə yaxından tanış etməkdir. Yarandığı gündən paytaxtın mədəni həyatında əhəmiyyətli yer tutan bu festival-məktəb  Rusiya miqyasında vacib təhsil layihəsi kimi çıxış etməkdədir.  "Территория”  XI  Beynəlxalq Müasir İncəsənət festivalı Moskva tamaşaçıları, görkəmli teatr xadimləri ilə yanaşı, yerli və xarici mətbuat orqanlarının da maraq dairəsini əhatə edir.
 
Ənənəvi olaraq festivalın tədris proqramına məşhur xarici teatr tamaşalarının nümayişi, silsilə ustad dərsləri, seminarlar, aparıcı Avropa rejissor, aktyor və xoreoqrafları ilə görüşlər daxildir. Festival hər il Rusiyanın 50 şəhərindən 100-ə yaxın teatr universitetləri tələbələrini, eləcə də mədəniyyət və incəsənət sahəsindən olan gənc mütəxəssisləri qəbul edir. 

Məlumat üçün bildirək ki, Eşqin Quliyev 2015-ci ilin iyun ayında  Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində, həmin ilin sentyabr ayında  isə Moskvada keçirilmiş "Artmiqrasiya 2015” III Ümumrusiya gənclərinin teatr forumunda uğurla iştirak edərək diplomlara layiq görülüb. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol