• $
  • €
  • ₽
  • ₺
  • £

Bill Klintondan Azərbaycanla bağlı xəbər

Bill Klintondan Azərbaycanla bağlı xəbər
22.09.2016 13:57
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Bill Klintonla görüşüblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının (ABŞ) və dünyanın nüfuzlu siyasətçiləri, iş adamları və dövlət xadimləri ilə görüşlərini davam etdirir.

Təşkilatın rəhbərliyi səfər çərçivəsində ABŞ-ın sabiq prezidenti Bill Klinton, BMT Baş Katibliyinə namizəd, YUNESKO-nun baş direktoru İrina Bokova, Avropa İttifaqının vitse-prezidenti Kristalina Georgiyeva, Avropa İttifaqının  sabiq prezidenti Xose Manuel Barrozo ilə görüşlər keçirib.

Hər bir görüşdə NGBM-in nümayəndələri təşkilatın fəaliyyəti, əməkdaşlıq etdiyi beynəlxalq qurumlar və hökumətlər, Mərkəzin həyata keçirdiyi layihələrin məqsədi və əhəmiyyəti barədə qarşı tərəfi məlumatlandırıb. Müzakirələr zamanı 2017-ci ildə keçiriləcək V Qlobal Bakı Forumu, Forumun gündəliyində duran aktual məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi vurğulanıb, səmərəli müzakirələrin aparılması üçün bu tədbirin yaxşı imkan yaratdığı bildirilib.

Qeyd olunub ki, dünyanın tanınmış siyasətçilərinin və nüfuzlu ekspertlərin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə etmələri baxımından Forum çox yaxşı fürsətdir və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Xatırladaq ki, NGBM-in Nyu-Yorka səfər edən nümayəndə heyətinin tərkibinə Serbiyanın sabiq prezidenti Boris Tadiç,  Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko və Mərkəzin baş katibi Rövşən Muradov daxildir.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol