• $
  • €
  • ₽
  • ₺
  • £

“Gözəllik kraliçası” Permə gedir - FOTOLAR

“Gözəllik kraliçası” Permə gedir - FOTOLAR
28.09.2016 19:46
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti RF-in Perm şəhərində keçiriləcək II Beynəlxalq Martin MakDonax Teatr Festivalında iştirak edəcək.
 
Kollektiv bu dəfə ölkəmizi adıçəkilən müəllifin "Lineynin trilogiyası”na daxil olan "Gözəllik kraliçası” tamaşası ilə təmsil edəcək. 
Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Ayla Haşımova, işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), quruluşçu rəssamı Elizabet Kuk (Böyük Britaniya), rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Əməkdar Artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova və Eşqin Quliyev canlandıracaqlar. 
 
Oktyabr ayının 1-dən – 7-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, Polşa, Moldova, Şotlandiya, Bosniya və Hersoqovina, Rusiya, Çexiya, İran və digər ölkələrin teatr kollektivləri iştirak edəcəklər. Dövlət Gənc Tamaşaçılar Teatrının çıxışı oktyabr ayının 4-ə nəzərdə tutlub. Tamaşadan sonra Festivalın Beynəlxalq səviyyəli münsiflər heyəti və tənqidçilər qrupu tamaşanı müzakirə edəcəklər. Festival çərçivəsində Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tanınmış xarici ölkə teatr mütəxəssislərinin iştirakı ilə baş tutacaq ustad dərslərinə və treninqlərə də qatılacaqlar. 

Festivalda iştirak edəcək qrupa teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov rəhbərlik edəcək. ADGTT-nın rəhbəri eyni zamanda Festival çərçivəsində Beynəlxalq ASSİTEJ-ə üzv olan iştirakçı ölkələrin ASSİTEJ rəhbərləri və Perm Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ilə də görüşəcək. 

Oskar mükafatçısı Martin MakDonax Festivalının keçirilməsi təkcə Rusiya teatr məkanı üçün deyil, ümumilikdə bütün dünya teatrları üçün olduqca əhəmiyyətli teatr hadisəsidir. Festivalın məhz Perm şəhərində keçirilməsinın səbəbi isə ondan ibarətdir ki, Permdə fəaliyyət göstərən və festivalın əsas təşkilatçılarından biri olan "У моста” teatrının səhnəsində dünyada ilk dəfə olaraq dramaturqun 7 pyesi hazırlanaraq nümayiş etdirilib. Buna görə də bu teatr 2008, 2010 və 2012-ci illərdə bir sıra nüfuzlu mükafatlara, habelə "İnişmanlı şikəst” tamaşasına görə "Qızıl maska” mükafatına layiq görülüb.
Məlumat üçün bildirək ki, ADGTT 2 il öncə sözügedən festivalda müəllifin "Yalqız Qərb” tamaşası ilə çıxış edərək  Festival Prezidentinin xüsusi prizinə layiq görülüb.
 








www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol