• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda Gülnar Salmanovanın xatirəsi anılıb

Musiqili Teatrda Gülnar Salmanovanın xatirəsi anılıb
28.09.2016 21:30
Azərbaycan Dövlət Musiqili Teatrında mərhum aktrisa, Respublikanın Əməkdar artisti Gülnar Salmanovanın xatirəsi yad olunub.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasının növbəti nümayişi Gülnar xanım Salmanovanın 60 illiyinə həsr olunub. Tamaşanın nümayişindən əvvəl Musiqili Teatrın əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova G. Salmanovanın həyat və yaradıcılığı haqqında çıxış edib. V. Mühacirova aktrisanın canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, Gülnar xanımın özünəməxsus ifa tərzinə malik olduğunu vurğulayıb.
 
"Əslində, "Baladadaşın toy hamamı” tamaşasında Şəfiqə obrazını Gülnar xanım canlandırmalıydı. Çox təəssüf ki, vaxtsız ölüm buna imkan vermədi.
 
"Baladadaşın toy hamamı” tamaşasının bugünkü nümayişinin Gülnar xanım Salmanovanın 60 illiyinə həsr olunmasının səbəbi də məhz budur. Allah Gülnar xanıma rəhmət eləsin! Onun işıqlı xatirəsi daima bizim qəlbimizdə yayşayacaq”, - deyə V. Mühacirova bildirib.
 
Qeyd edək ki tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları Xalq artisti Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, Nahidə Orucova, Səidə Şərifəliyeva, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Aydan Həsənova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Gülnarə Əzimova, Fərid Rzayev, Hüseyn Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Şaban Cəfərov, Musiqili Teatrın on yaşlı aktyoru Rahib Məmmədzadə və başqaları ifa ediblər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol