• $
  • €
  • ₽
  • ₺
  • £

İlyas Əfəndiyevin vəfatından 20 il ötür

İlyas Əfəndiyevin vəfatından 20 il ötür
03.10.2016 10:39
İlyas Əfəndiyevin anım günüdür.

ANN.Az primetime.az-a istinadən bildirir ki, oktyabrın 3-ü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, dramaturq,əməkdar incəsənət xadimi İlyas Əfəndiyevin anım günüdür. Yazıçının vəfatından 20 il ötür. Bu münasibətlə gün ərzində İlyas Əfəndiyevin Fəxri Xiyabandakı məzarı ziyarət ediləcək.

Qeyd edək ki, İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olub. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idi. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi. Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində məmur işləyib. Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalıb, onların ata-baba mülkü əllərindən alınıb, ailənin bəzi üzvləri "xalq düşməni" kimi güllələnib, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunub. Yazıçının atası Məhəmməd Əfəndiyevə "kulak" damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilib, "səs hüququndan" məhrum olunub. İ.Əfəndiyevi sənət aləminə aparan yolun başlanğıcı ailədən və orta məktəbdən keçib. İlyas Əfəndiyev orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyib. Gələcəkdə görkəmli dramaturq olacaq İ.Əfəndiyev "teatr" adlı sehrli bir aləmlə ilk dəfə məhz Qaryagində tanış olub. 1944-cü ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının səhnəsində göstərilmiş və dramaturq İ.Əfəndiyevin Azərbaycan Milli Teatrı ilə 50 ildən çox bir müddətdə davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulub. Bundan sonra yazıçı Milli Teatrımız üçün "İşıqlı yollar" (1946) və "Bahar suları" (1947) pyeslərini qələmə alıb.

40-cı illərin axırlarında İ.Əfəndiyev artıq özünü bir nasir və dramaturq kimi təsdiq edib. "İlyas Əfəndiyev teatrı"nın uğurlarından söhbət açarkən, təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci ildə olmuş "Unuda bilmirəm" pyesi 1981-ci ilə qədər, yalnız Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə oynanılıb. 60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb yaradır, hər il yeni-yeni əsərlər nəşr etdirir, təzə pyeslərini tamaşaya qoyur. İlyas Əfəndiyevin "Hacı Axundun cənnət bağı necə oldu" hekayəsi, "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" povestini dərc etdirir, "Şeyx Xiyabani" (1986), "Bizim qəribə taleyimiz" (1988), "Sevgililərin cəhənnəmdə vüsalı" (1989), "Tənha iydə ağacı" (1991), "Dəlilər və ağıllılar" (1992), "Hökmdar və qızı" (1994) və s. pyesləri tamaşaya qoyulub. Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şirinli günlərini yaşamış sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol