• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda Hacıbaba Bağırovun xatirəsi yad ediləcək

Musiqili Teatrda Hacıbaba Bağırovun xatirəsi yad ediləcək
07.10.2016 14:37
Azərbaycan Dövlət Musiqili Teatrında böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Respublikanın Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun xatirəsi yad ediləcək.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, 9 oktyabr tarixində saat 19.00-da Faiq Sücəddinov və Tamara Vəliyevanın "Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyasının növbəti nümayişi unudulmaz sənətkarın xatirəsinə həsr olunacaq. Bundan öncə isə Hacıbaba Bağırovun anım günü - 4 oktyabr tarixində Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi böyük aktyorun məzarını ziyarət edib. 

"Mən dəyərəm min cavana” tamaşasının növbəti nümayişinin Hacıbaba Bağırovun xatirəsinə həsr edilməsinin xüsusi özəlliyi var. Belə ki, bu tamaşa böyük sənətkarın 75 illik yubileyinə ithaf olunub və bu səhnə əsərində  Hacıbaba Bağırov baş qəhrəmanı – İbad obrazını canlandırmalıymış. Təəssüf ki, amansız ölüm 74 yaşında onun həyatına son qoydu. Amma "Mən dəyərəm min cavana” tamaşası ilk dəfə məhz Hacıbaba Bağırovun onsuz keçən 75 illik yubiley tədbirində nümayiş olundu. 

Tamaşada rolları Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Ələkbər Əliyev, aktyorlar Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Elxan İsmayılov, Elnarə Nağdəliyeva, Ruslan Mürsəlov və Rəşad Məmmədov ifa edəcəklər.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol