• $
  • €
  • ₽
  • ₺
  • £

Kalmık teatrının qastroluna start verilir

Kalmık teatrının qastroluna start verilir
12.10.2016 22:48
B.Basanqov adına Kalmık Milli Dram Teatrının kollektivi qastrol səfəri ilə Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır. Oktyabr ayının 13-dən start götürəcək qastrol səfəri 3 gün davam edəcək. 

3 gün ərzində kollektiv Y.Şyutskiyin "Tri porosyonka” ("Üç donuz balası”) və B.Basanqovun "Təəccüb doğuran hadisə” əsəri əsasında V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün işlədikləri "Rodnıe naşi” ("Qohumlar”) tamaşaları ilə çıxış edəcəklər.  

Bu qastrol səfərində teatr maraqlı eksperiment aparacaq. Belə ki, ötən 88-ci mövsümdə teatrda kalmık teatrının bədii rəhbəri,  RF-in və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Boris Manciyevin teatrımızda hazırladığı "Qohumlar” tamaşası  Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmık Milli Dram Teatrının aktyorlarının ifasında göstəriləcək.  

Tamaşalar oktyabr ayının 13-də saat 10.00, 12.00, 14.00-da  (Y.Şyutskiy "Tri porosyonka”), saat 19.00-da (V.Şuqrayeva, Ə.Əmirli "Rodnıe naşi”), ayın 14-də saat 10.00, 12.00, 14.00, 16.00-da (Y.Şyutskiy "Tri porosyonka”), ayın 15-də saat 10.00, 12.00, 14.00-da  (Y.Şyutskiy "Tri porosyonka”), saat 19.00-da (V.Şuqrayeva, Ə.Əmirli "Rodnıe naşi”) nümayiş etdiriləcək. 

Qastrol səfərinin təntənəli bağlanış mərasimi oktyabr ayının 15-də saat 19.00-da baş tutacaq. 

Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmık Milli Dram Teatrı arasında artıq 5 ilə yaxındır ki, qarşılıqlı yaradıcılıq əlaqələri davam edir. Bu illər ərzində iki teatr arasında qastrol səfərləri ilə yanaşı, rejissor mübadilələri də öz uğurlu nəticəsini göstərib. 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol