• $
  • €
  • ₽
  • ₺
  • £

"Qu gölü" yenidən Bakıda

"Qu gölü" yenidən Bakıda
13.10.2016 17:45
Oktyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçiriləcək.
 
ANN.AZ xəbər verir ki, klassik balet sənətinin parlaq nümunələrindən biri olan "Qu gölü" tamaşası uzun illərdir ki, teatrın repertuarındadır və baletsevərlər bu tamaşada əsas rollarda yerli sənətçilərlə yanaşı, xarici ölkələrdən dəvət olunmuş balet ulduzlarının çıxışlarını da hər zaman maraqla izləyirlər.

Oktyabrın 22-də baş tutacaq tamaşanın özəlliyi bu tamaşada Odetta-Odilliya partiyasını ilk dəfə balet truppasının gənc solisti Ayan Eyvazovanın ifa etməsidir. A.Eyvazova truppanın ən ümidverən solistlərindəndir. O Respublika Prezidenti mükafatçısı, balet artistlərinin 2014-cü ildə Berlində (Almaniya) keçirilən müsabiqəsinin bürünc medalının qalibidir.

Tamaşada onun tərəf müqabili kimi truppanın aparıcı solisti Makar Ferştandt (Şahzadə Ziqfrid) çıxış edəcəkdir. Digər əsas rollarda Əməkdar artist Samir Səmədov (Rotbart), Kamran Qurbanov (Təlxək) və b. çıxış edəcəklər.

Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol