• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc Tamaşaçılar Teatrının əməkdaşı müsabiqə qalibi oldu

Gənc Tamaşaçılar Teatrının əməkdaşı müsabiqə qalibi oldu
15.10.2016 00:40
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı rəssamı Telman Şıxıyev  daha bir müsabiqədə iştirak edərək qalib olub. Bu dəfə əməkdaşımız British Council, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilmiş Azərbaycan "Şekspir Xalçası” müsabiqəsinin qalibi olub. 

Dahi dramaturqun 450-ci ildönümü şərəfinə keçirilən müsabiqə cari ilin may ayında start götürüb. Müsabiqəyə may-iyul tarixləri arasında uşaqlar, peşəkar dizaynerlər və ictimaiyyət tərəfindən 60-dan çox əl işi təqdim edilib. Müsabiqəyə təqdim edilən xalça dizaynları Şekspirin pyeslərindəki səhnələri və əsərlərindəki motivləri təsvir etməklə yanaşı, həm də Azərbaycan ənənələrini əks etdirib. Müsabiqənin ümumi qalibi olan əməkdaşımız Telman Şıxıyev Londonun V&A Muzeyinə və Şekspirin "Qlobus" teatrına səhayət etmək imkanı qazanıb. 

Məlumat üçün bildirək ki, T.Şıxıyev 2016-cı ilin iyun ayında Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan  Dövlət Rəssamlıq Akademiyası "Qız Qalası” İncəsənət Qalereyası və "Berlin-Bakı” Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə həyata keçirilmiş "Almaniya bir rəssamın gözü ilə” sərgisində 3-cü yerə layiq görülərək Almaniyaya 10 günlük səfər etmək imkanı əldə edib. 
 

 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol