• $
  • €
  • ₽
  • ₺
  • £

Kalmık Teatrının qastrol səfəri yekunlaşdı

Kalmık Teatrının qastrol səfəri yekunlaşdı
17.10.2016 18:16
Hər iki teatrın aktyorlarının ifasındakı "Qohumlar” maraqla qarşılandı...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının növbəti qastrol səfəri başa çatıb. Cari ilin oktyabr ayının 13-dən start götürən və üç gün davam edən qastrol səfəri çərçivəsində yaradıcı kollektiv Y.Şyutskinin "Три поросенка” ("Üç donuz balası”)  və B.Basanqovun "Təəccüb doğuran hadisə” əsəri əsasında V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün işlədikləri "Родные наши” ("Qohumlar”) tamaşaları ilə çıxış edib.  

Qastrol səfərinin son günü B.Basanqov adına Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF-in və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Boris Manciyevin teatrımızda hazırladığı "Qohumlar” tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmık Milli Dram Teatrının aktyorlarının ifasında göstərilib. Maraqlı eksperiment izləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.  

Tamaşadan sonra çıxış edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar  İncəsənət Xadimi Bəhram Osmanov 5 ildən artıq davam edən yaradıcılıq münasibətlərinin  yaranma tarixi, iki teatr arasındakı uğurlu yaradıcılıq müqaviləsi haqqında ətraflı danışaraq, nümayiş etdirilən tamaşalar və qastrol səfərinə görə Kalmık Teatrına öz təşəkkürlərini bildirdilər. 

Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Boris Mandjiyev isə göstərilən isti münasibətə görə öz dərin minnətdarlığını bildirərək cari ilin noyabr ayında Elistada baş tutacaq "Qohumlar” tamaşasını səbrsizliklə gözlədiklərini vurğulayıb. 

Gənc Tamaşaçılar Teatrına Kalmıkiyanın milli hədiyyələrini təqdim edən B.Manciyevə Dövlət Gənc Tamaşaçılar Teatrı adından xüsusi hədiyyələr təqdim olunub. 

Məlumat üçün bildirək ki, noyabr ayının ilk ongünlüyündə Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya qastrol səfəri edəcək.




www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol