• $
  • €
  • ₽
  • ₺
  • £

Əbülfəs Qarayev Musiqili Teatrın aktrisasını mükaflandırıb

Əbülfəs Qarayev Musiqili Teatrın aktrisasını mükaflandırıb
17.10.2016 20:14
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Marina Litvinenkonun 60 yaşı tamam olub.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu münasibətlə Azərbaycan Respublikasının  Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Marina Litvinenkonu təbrik edib, milli teatr sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış aktirsanı mükafatlandırıb.

Qeyd edək ki, Litvinenko Marina Nikolayevna 25 sentyabr 1956-cı ildə Estoniyanın Tallin şəhərində anadan olub. 1989-cu ildə A. Zeynallı adına Musiqi Məktəbini bitirib. 1987-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtkı Azərbaycan Dövlət Musiqili Komediya Teatrına) artist-vokalist vəzifəsinə qəbul olunub və həmin vaxtdan burada çalışır. İşlədiyi müddət ərzində o, Rozaliya ("Filumena Marturano” - Fərəc Qarayev, Eduardo De Flippo), Qold ("Pominalnaya molitva” - Mixail Qluza, Qriqoriy Qriqori,  Şalom-Aleyxema), Qırmızı papaq, Ana ("Qırmızı papaq” - Emin Sabitoğlu, Yevgeni Şvarts), Düyməcik, Qaranquş ("Düyməcik” - Hans Kristian Andersen), Afət ("Bağdadda bir gün” - Emin Sabitoğlu), Stassi ("Silva” - İmre Kalman),  Liza ("Maritsa” - İmre Kalman), Valentina, Elqa ("Şən dul qadın” - Frans Leqar), Dovşan ("Bir dayan, canavar!” - Rəna Ağayeva, Arkadiy Xayt), Marietta ("Bayadera” - İmre Kalman), Yulişka, Zari ("İddialı qaraçı” - İmre Kalman), Jüli ("Ailə uikendi” - Jan Puaro), Duenya ("Çılğın qaskoniyalı” - Qara Qarayev), Siroyeşka ("Yağış göbələyinin macərası” - Rəşid Şəfəq, Vladimr Zimin), Asya, Telli ("Arşın mal alan” - Üzeyir Hacıbəyli), Jaklin ("Fransızsayağı qarnir” - Mark Kamoletti), Zerbinetta ("Skapenin kələkləri” - Jan Batist Molyer) və başqa rolları ifa edib.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol