• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda “Fransızsayağı qarnir” tamaşası nümayiş olunub

Musiqili Teatrda “Fransızsayağı qarnir” tamaşası nümayiş olunub
19.10.2016 00:40
Azərbaycan Dövlət Musiqili Teatrında Mark Kamolettinin "Fransızsayağı qarnir”  iki hissəli musiqili lirik komediyası nümayiş olunub.  
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, "Fransızsayağı qarnir” əsəri ağlasığmaz sevgi oyunlarından bəhs edir. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə açar olan olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir. Dövlət Musiqili Teatrının rus bölməsi tərəfindən hazırlanan bu komediya tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanıb. Tamaşadakı əsas rollardan birini – Jaklin obrazını bu yaxınlarda 60 yaşı tamam olan və bu münasibətlə Azərbaycan Respublikasının  Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev tərəfindən milli teatr sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə görə mükafatlandırılan tanınmış aktirsa Marina Litvinenko canlandırıb.

 Qeyd edək ki, "Fransızsayağı qarnir”  iki hissəli musiqili lirik komediyasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları Əməkdar artist Svetlana Bulax (Suzetta), aktyorlar Emil Heydərov (Robert), Marina Litvinenko (Jaklin), Rauf Babayev (Bernard), Yuliya Heydərova (Suzanna) və Firuz Məmmədov (Corc) ifa ediblər.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol