• $
  • €
  • ₽
  • ₺
  • £

“Əli və Nino” Tiflisdə

“Əli və Nino” Tiflisdə
23.10.2016 12:50
Gürcüstan paytaxtındakı Amirani kinoteatrında "Əli və Nino" filminin premyerası olub.

ANN.Az APA-ya istinadən xəbər verir ki, filmin təqdimat mərasimində Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri Mixail Giorqadze və Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn çıxış ediblər.

Tədbirdə Tiflis Şəhər Meri David Narimania, Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü,  SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, səfirlik əməkdaşları, SOCAR-ın rəsmiləri və Gürcüstanın incəsənət adamları, universitet müəllimləri, tələbələr və şəhər sakinləri olan gürcü və azərbaycanlılar iştirak edib.
 
Filmin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlama verən Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri Mixail Giorqadze Azərbaycan yazıçısı Qurban Səidin qələmə aldığı "Əli və Nino" məhəbbət romanı əsasında çəkilən eyniadlı filmin Tiflisdə ilk dəfədir nümayiş olunduğunu bildirib: "Bu film haqqında biz çox eşitmişdik. "Əli və Nino" ilk dəfədir ki, Tiflisdə nümayiş olunub. Əsərin gürcü dilində səsləndirilməsi isə bizim üçün ikiqat sevincdir. Bu film Gürcüstan və Azərbaycan xalqının tarixi dostluğunu tərənnüm edən bir tarixi filmdir. Düşünürəm ki, filmin yaradıcıları bir daha gürcü və Azərbaycan xalqının qədim dost və qardaş bir xalq olduğunu təsdiq edir", - deyə nazir bildirib.
 
Sonra Amirani kinoteatrında filmin nümayişi olub.
 
Xatırladaq ki, "Əli və Nino" azərbaycanlı gəncin və gürcü qızının sevgisindən bəhs edir.

Filmin rejissoru Asif Kapadiadır, prodüseri isə Leyla Əliyevadır. Filmdə baş rollarda Əli obrazını Adam Bakri,  Nino obrazını isə ispan artisti Mariya Valverde oynayır. Filmin ssenarisi britaniyalı yazıçı, ssenarist və kinorejissor, həmçinin "Oskar" mükafatı sahibi Kristofer Xempton tərəfindən qələmə alınıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol