• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc Tamaşaçılar Teatrının aktyoru “Территория”-dan xüsusi mükafatla qayıtdı

Gənc Tamaşaçılar Teatrının aktyoru “Территория”-dan xüsusi mükafatla qayıtdı
25.10.2016 18:36
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru Eşqin Quliyev Moskvada keçirilmiş "Территория” XI Beynəlxalq Müasir İncəsənət festival-məktəbində ölkəmizi uğurla təmsil edib.  

Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Moskva şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutan festival-məktəbin həyata keçirilməsində əsas məqsəd Rusiya tamaşaçısının, festivalın tələbə-iştirakçılarının, eləcə də Rusiyada fəaliyyət göstərən teatr universitetləri məzunlarının müxtəlif janr və məzmunda olan dünya teatr tendensiyaları ilə yaxından tanış etməkdir. Yarandığı gündən paytaxtın mədəni həyatında əhəmiyyətli yer tutan bu festival-məktəb  Rusiya miqyasında vacib təhsil layihəsi kimi çıxış etməkdədir. "Территория” XI Beynəlxalq Müasir İncəsənət festivalı Moskva tamaşaçıları, görkəmli teatr xadimləri ilə yanaşı, yerli və xarici mətbuat orqanlarının da maraq dairəsini əhatə edir. Ənənəvi olaraq festivalın tədris proqramına məşhur xarici teatr tamaşalarının nümayişi, silsilə ustad dərsləri, seminarlar, aparıcı Avropa rejissor, aktyor və xoreoqrafları ilə görüşlər daxildir. Festival hər il Rusiyanın 50 şəhərindən 100-ə yaxın teatr universitetləri tələbələrini, eləcə də mədəniyyət və incəsənət sahəsindən olan gənc mütəxəssisləri qəbul edir. 

10 gün ərzində davam edən festivalda dünyanın ən tanınmış teatr xadimləri -  İan Vuldric (Böyük Britaniya), yan Fabr (Belçika), Ştefan Keqi (Almaniya), Qjeqoj Yajina (Polşa), Murad Merzuki (Fransa), Tilman Xeker (Robert Uilsonun komandası, Almaniya – ABŞ), Qidon Kremer (Latviya),  eləcə də Rusiyanın nüfuzlu teatr mütəxəssisləri – Valeriy Fokin, Yevgeni Pisarev, Andrey Bartenev iştirakçılara master-klass və təlimlər keçiblər.
 
Festivalda həmçinin, festivalın bədii rəhbəri Yevgeni Mironov və art-direktorlar Çulpan Xamatov, Roman Doljanski, Kirill Serebrennikov, Andrey Urayevin iştirakı ilə də görüşlər və müzakirələr keçirilib. 

Aktyorumuz Uilyam Şekspirin ən məşhur komediyaları əsasında hazırlanmış "Много шума из ничего”-dan Benediktin səhnəsini canlandırıb. Elə bu ifaya görə də E.Quliyev festival-məktəbin xüsusi diplomuna layiq görülüb.  

Məlumat üçün bildirək ki, Eşqin Quliyev 2015-ci ilin iyun ayında  Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində, həmin ilin sentyabr ayında  isə Moskvada keçirilmiş "Artmiqrasiya 2015” III Ümumrusiya gənclərinin teatr forumunda uğurla iştirak edərək diplomlara layiq görülüb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol