• $
  • €
  • ₽
  • ₺
  • £

"Mənim tanıdığım Vaqif" filmi təqdim edildi

"Mənim tanıdığım Vaqif" filmi təqdim edildi
26.10.2016 00:02
Nizami Kino Mərkəzində "Mənim tanıdığım Vaqif” sənədli filminin təqdimat mərasimi keçirilib.

ANN.Az xəbər verir ki, BP Azərbaycan şirkəti bu gün virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş tammetrajlı sənədli filmi ictimaiyyətə təqdim etdi. BP-nin "Mənim tanıdığım Vaqif” filminin çəkilişinə göstərdiyi dəstək bu şirkətin Azərbaycan və onun zəngin mədəni irsinin təbliği ilə bağlı uzunmüddətli öhdəliyinin bir hissəsidir.

Bu sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və  musiqi sətətində yeni bir janrın - caz-muğamın banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilib. Filmdə onun həyatının bəzi epizodları anılıb və digər məşhur musiqiçilərin Azərbaycanın dünyaca məşhur bu caz ifaçısı haqqında düşüncələri lentə alınıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: "Azərbaycanın uzunmüddətli neft və qaz tərəfdaşı kimi BP şirkəti burada fəaliyyətə başladığı ilk günlərdən bu ölkənin zəngin mədəni irsi ilə yaxından bağlı olub. Bu vaxtadək biz Azərbaycan mədəniyyətinin inkişafına, habelə onun möhtəşəm mədəni irsinin təbliğinə xidmət edən çoxsaylı uğurlu layihələrin təşəbbüskarı olmuş və onları həyata keçirmişik.

Biz Azərbaycan cazının ən tanınmış nümayəndəsi olan Vaqif Mustafazadənin adı ilə bağlılığımızdan qürur duyuruq. O həm də dünyanın ən məşhur caz pianoçularından və bəstəkarlarından biridir. Bizə yaxşı məlumdur ki, bu qeyri-adi istedada malik görkəmli caz ifaçısı bütün dünyada yüksək rəğbət qazanıb və Bakıda onun musiqisi əfsanə hesab edilir. O, şərq və qərb musiqisinin ən yaxşı janrlarının fantastik sintezini yaratmağa nail olub. Bu sintez nəticəsində Azərbaycanın milli musiqisi olan muğamın və qərb cazının heyranedici qarışığı meydana çıxıb. Ümid edirik ki, bu film Vaqif Mustafazadənin möhtəşəm ifasının əbədiləşməsinə və onun böyük istedadına dünya miqyasında olan hörmətə və verilmiş qiymətə töhfə olacaq.”

Film Vaqif Mustafazadənin müasirləri olan və onun sənət irsinə və şəxsiyyətinə sevgi və rəğbət bəsləyən Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının xatirələri üzərində qurulub.

Azərbaycanın BUTAfilm şirkəti tərəfindən çəkilmiş bu sənədli filmin premyerası bu gün 25 oktyabr tarixində Nizami Kino Mərkəzində  keçirilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol