• $
  • €
  • ₽
  • ₺
  • £

Avropalı aktyorlar Azərbaycana gələcək

Avropalı aktyorlar Azərbaycana gələcək
27.10.2016 12:19
Bakı şəhərində Avropa film festivalı başlayır.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, noyabrın 3-dən 12-nə kimi davam edəcək festivalla bağlı keçirilən mətbuat konfransında Avropa İttifaqının Bakı nümayəndəliyinin rəhbəri Malena Mard festivalın "Park Bulvar"la əməkdaşlıq çərçivəsində təşkil olunduğunu deyib.
 
O bildirib ki, festivalda 19 Avropa filmi nümayiş olunacaq:
 
"Filmlər bir çox kateqoriya üzrə nümayiş olunacaq. Bu filmlər Avropa mədəniyyətini müxtəlif rakurslardan göstərəcək. Filmləri izləmək tam pulsuzdur. Hər kəs saat 10-dan gəlib istədiyi film üçün bilet götürə və filmlərə baxa bilər. Bütün filmlər yenidir. 2015-2016-cı illərin filmləridir. Orijinal dillərində ingiliscə alt yazılarla nümayiş olunacaq. Burada Azərbaycan filmləri də göstəriləcək”. 

M. Mard festival çərçivəsində jurnalistlər və izləyicilər üçün müsabiqə təşkil olunacağını söyləyib. Filmi izlədikdən sonra jurnalistlər bu barədə yazdıqları məqaləni, izləyicilər isə esseni Bakı nümayəndəliyinin "Facebook” səhifəsində yerləşdirməlidir. Ən yaxşı məqalə və esse müəllifi fevralda Berlində keçiriləcək film festivalına göndəriləcək. 
 
Mətbuat konfransında iştirak edən "Park Cinema”nın baş meneceri Namiq Quliyev deyib ki, festival çərçivəsində noyabrın 12-də "Azərbaycanfilm” studiyası tərəfindən hazırlanmış "Qırımızı bağ” filmi nümayiş olunacaq:
 
"Film yeni filmdir. Festivala Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim olunub”. 
 
Yunanıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Konstantinos Adamopoulos təqdim olunacaq yunan filmi, İspaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarez isə nümayiş olunacaq ispan filmi barədə məlumat veriblər.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol