• $
  • €
  • ₽
  • ₺
  • £

Fuad Poladov: Mən heç vaxt qərarımı dəyişmirəm

Fuad Poladov: Mən heç vaxt qərarımı dəyişmirəm
27.10.2016 19:53
Akademik Milli Dram Teatrından istefa verən aktyor Fuad Poladov "Azadlıq Radiosu”na müsahibə verib.

ANN.Az həmin müsahibəni təqdim edir:

- Salam, Fuad müəllim.

- Əleyküm salam.

- Sabah tamaşa olacaqmı?

- Bəli.

- Onda teatrdan gedişinizlə bağlı deyilənlər həqiqəti əks etdirmir? Teatrda qalırsınız?

- Yox, son tamaşamdır bu. Əvvəlcədən planlaşdırılmış tamaşadır. Onu təxirə salmaq olmazdı.

- Deməli, gedirsiniz?

- Hə.

- Bəs niyə?

- Bu barədə açıqlama vermək istəmirəm.

- Aktyor Hikmət Rəhimovla bağlıdır?

- Bəli, bəli.

- Bəlkə getmək çıxış yolu deyil? Qalıb Hikmətin geri qaytarılması üçün nəsə etmək olardı? Nüfuzunuzdan istifadə edə bilərdiniz bəlkə...

- Onu rəhbər işçilər həll edirlər. Mən sıravi aktyoram. Mən tək orda neyləyə bilərəm, yəni nəyə təsir edə bilərəm? Gördüm ki, bu işə girişmək, ruslar demiş, «bespoleznı» işdir. Ona görə də heç kimə bu barədə ağız da açmadım. Çünki neçə vaxtdır təkidlə onun ərizə yazmasını tələb edirlər.

- Siz özünüz bu durumu necə dəyərləndirirsiniz? Aktyor mətbuata müsahibəsində teatrdakı mühit haqda, sadəcə, öz fikirlərini ifadə edib. Buna görə niyə sıxma-boğmaya salınmalıdır ki?

- Bu, artıq müsahibə oldu, hə? Mənsə bu haqda başqa açıqlama vermək istəməzdim.

- Sizi televiziyalara da dəvət etmirlər, deyəsən?

- Çoxdandır dəvət etmirlər. Çoxdandır. Amma deyəsən, tilsimi sındırıblar. Srağagün ATV-nin «Geriyə baxanda» verilişinə dəvət etdilər. Çəkildi. Amma daha bilmirəm efirə buraxacaqlar, ya yox. Bazar günü efirə getməlidir.

- Birdən teatr rəhbərliyi sizi işdən buraxmadı? Ərizənizi qəbul etmədi?

- Necə yəni, onların istəməyi ilə deyil ki. Bu elə bir şeydir ki, onu mən həll edirəm! Onlar həll etmir. Mən qərar verəndə heç vaxt qərarımı dəyişmirəm.

- Onda sizin tamaşalara Rus Dram Teatrında baxmalı olacağıq?

- Ora mənim iş yerimdir. Oradan çıxmamışdım ki. Fəaliyyətimi davam etdirirəm.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol