• $
  • €
  • ₽
  • ₺
  • £

“Əli və Nino” filmi “Oskar"a təqdim olunsun” - Deputatdan TƏKLİF

“Əli və Nino” filmi “Oskar"a təqdim olunsun” - Deputatdan TƏKLİF
28.10.2016 11:00
Bəzi azərbaycanlı rejissorlar, aktyorlar  yerli istehsal olan filmləri "Oskar” mükafatına namizəd olaraq görmürlər. Hər il keçirilən "Oskar” mükafatına bu il də film təqdim edə bilməmişik.
 
Milli Məclisin deputatı Nizami Cəfərov Modern.az-a açıqlamasında "Oskar” mükafatına layiq olan Azərbaycan filmindən danışıb.
 
"Azərbaycan filmləri "Oskar”a təqdim olunmur. Bununla bağlı müəyyən səbəblər var. Amma, Azərbaycanın son isethsal olunan filmləri içərisində "Əli və Nino”nun adını xüsusi çəkmək istərdim. Bu film  "Oskar” mükafatına layiq bir filmdir. Əvvəla, beynəlxalq heyətlə birgə çəkilib və kifayət qədər beynəlmiləl filmdir. Filmin heyəti peşəkarlardan ibarətdir. Əsərin özü də dəyərli və populyar əsərdir. Ssenarisini də mütəxəssislər yazıb. Rejissor işi də çox yaxşıdır. Bildiyim qədər çox layiqli bir sənət əsəridir. Ona görə də növbəti illərdə bu əsəri "Oskar” mükafatına təqdim etmək olar”.
 
Deputat bildirib ki, hər bir mükafatın öz kriteriyaları var.
"Mükafat təqdim edilərkən, xüsusilə, beynəlxalq mükafatların verilməsi ki, baş tutur, bax, onların öz diplomatiyası var. Bir də görürsüz ki, mükafatlar təqdim olunan zaman  narazı qalanlar olur. Təbii ki, söhbət peşəkarlardan gedir. Bunlar da müəyyən dövr ərzində dəyişə bilir.
 
"Əli və Nino” filmi isə "Oskar” mükafatının kriteriyalarını ödəyir. İndiyə kimi hansı filmlər ki,  "Oskar”a layiq görülüb, bax, onlarla müqayisə edəndə mövqeli və tutumlu bir əsər olduğu  ortaya qoyulur”

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol