• $
  • €
  • ₽
  • ₺
  • £

""Azdramda" kim qalacaq?!" - Fəxrəddin Manafov

""Azdramda" kim qalacaq?!" - Fəxrəddin Manafov
28.10.2016 16:10
Xalq artisti Fəxrəddin Manafov Fuad Poladovun Akademik Milli Dram Teatrından getməsinə münasibət bildirib.

ANN.Az bildirir ki, aktyor teleqraf.com-a açıqlamasında baş verənlərin ona pis təsir etdiyini dilə gətirib:
 
"Bu, mənə çox pis təsir etdi. Onu bilirəm ki, teatrda xoşagələməz hadisələr baş verir. Baxmayaraq ki, teatrda rəhbərliklər dəyişilir, amma problem həll edilmir. Biri gəlir, o biri gedir. Yenə deyirəm, bilmirəm nə baş verir, bilmirəm nəyə görə gənc aktyor oradan çıxıb, yoxsa çıxarılıb. Mən, sadəcə, mediadan eşitdiklərimi, gördüklərimi bilirəm. Deməli, orada nəsə baş verir ki, Azərbaycan teatrında yeganə professional, bunu qorxmadan və tam məsuliyyətimlə deyirəm, dünya səviyyəsində peşəkar olan bir aktyor, teatra o qədər töhfələr vermiş belə bir insan teatrdan gedir. Demək ki, o, məcburiyyət qarşısında olub.
 
Təsəvvür edə bilməzsiniz ki, Fuad necə gözəl insandır. Onun qədər öz peşəsinə sadiq, öz peşəsinə dəlicəsinə sevgisi, münasibəti bugünkü aktyorların heç birində görməmişəm. O baxımdan düşünürəm ki, əgər belə bir insan, belə bir böyük aktyor, mənim özümə örnək hesab etdiyim bir adam teatrdan gedirsə, deməli, orada nəsə baş verir. Və baş verən məhz aktyorun özündə deyil. Əgər onu tanımasaydım, bunu deməzdim. O nəyinsə məcburiyyəti qarşısında bu addımı atıb. Orada nəyin baş verdiyini isə araşdırmaq lazımdır. Yəqin bu Mədəniyyət və Turizm Nazirliyinin teatr şöbəsi tərəfindən öyrənilməli, araşdırılmalıdır. Fuad Poladovun getməsi Azərbaycan teatrına, Akademik Milli Dram Teatrına böyük zərbədir. Əgər o gedirsə, bu teatda kim qalacaq? Bu məsələnin bir tərəfidir.
 
O biri tərəfdən mənə elə gəlir ki, Fuad müəllim hər halda tamaşaçıları intizarda qoymaz, tamaşaçıların Fuad müəllimə böyük ehtiyacı var. Ümidvaram ki, Fuad müəllim bunları da nəzərə alacaq.
 
Ona ancaq səbir, səbir və səbir arzulayıram. Mən onu çox istəyirəm. İnşallah, hər şey yoluna qoyulacaq".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol