• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyalı ifaçı Bakıda ustad dərsi keçib - FOTOLAR

Almaniyalı ifaçı Bakıda ustad dərsi keçib - FOTOLAR
28.10.2016 20:12
Oktyabrın 28-də "Landmark Rotunda” caz klubunda Almaniyanın tanınmış truba ifaçısı Sebastyan Studnitski cazsevərlər üçün ustad dərsi keçib.

ANN.Az xəbər verir ki, tanınmış alman truba ifaçısının ustad dərsi Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı əsasında ənənəvi olaraq Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşıb.

  
Ustad dərsinə kiçik musiqi konserti ilə davam edən S.Studnitski hit caz musiqi nömrələri ilə yanaşı, dünya caz əsərlərinə, müxtəlif mövzulara həsr olunmuş kompozisiyalara da müraciət edib. İfası ilə hər kəsi sehrləyən S.Studnitskinin çıxışı cazsevərlərin alqışları ilə müşayiət olunub.

 
Qeyd edək ki, atası musiqiçi olan S.Studnitski musiqiyə hələ uşaq yaşlarından böyük maraq göstərib. 4 yaşında pianoda, 9 yaşında isə trubada klassik musiqi ifa edib. O, yaradıcılığında müxtəlif musiqi üslublarını birləşdirir. S.Studnitski bir çox dünyaca məşhur kollektivlər və ifaçılarla əməkdaşlıq edir. Nüfuzlu caz festivallarında iştirak edən solo ifaçı, habelə müxtəlif kollektivlərin heyətində bütün dünyanı dolaşıb və ondan çox albomu işıq üzü görüb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol