• $
  • €
  • ₽
  • ₺
  • £

Gənclər Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti səfərə hazırlaşır - FOTOLAR

Gənclər Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti səfərə hazırlaşır - FOTOLAR
28.05.2020 23:28
Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 89-cu mövsümün növbəti xarici səfərinə hazırlaşır. İki teatr rəhbərliyi arasında imzalanmış 5 illik qarşılıqlı yaradıcılıq müqaviləsinin yekun bəndlərinə uyğun olaraq bu dəfəki səfər Rusiya Federasiyasının Elista şəhərinədir. 

Teatr cari ilin noyabr ayının 5-dən – 11-dək B.Basanqov adına Kamık Milli Dram Teatrının səhnəsində cari repertuarında olan iki maraqlı tamaşa ilə çıxış edəcək. Tamaşalardan biri Bolqar yazıçısı P.Pançevin "Dörd əkizin nağılı”, digəri isə, ötən ay Kalmık teatrının yaradıcı heyətinin ölkəmizdə qonaq olarkən ifa etdikləri "Qohumlar” tamaşasıdır. 

Ötən teatr mövsümündə Kalmık teatrının bədii rəhbəri, RF-in və Kalmık Respublikasının Əməkdar İncəsənət Xadimi Boris Manciyevin hazırladığı, B.Basanqovun "Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Ə.Əmirli və V.Şuqrayevanın səhnə üçün işlədikləri "Qohumlar” tamaşası bu dəfə də eksperiment şəkilində təqdim olunacaq. Tamaşanın əsas rolları Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti, kütləvi səhnələr isə Kalmık teatrının aktyorlarına həvalə ediləcək. 

ADGTT-nın direktoru Mübariz Həmidovun rəhbərlik etdiyi 30 nəfərlik nümayəndə heyətinin iştirak edəcəyi səfər həm də  əlamətdar hadisəyə təsadüf edir. Belə ki, noyabr ayının 8-də Kalmık Milli Dram Teatrının 80 illik yubileyi tamam olur. Buna görə də qastrol səfəri bayram, yubiley abu-havası ilə yadda qalacaq. 

Yubiley çərçivəsində Kalmık Teatrının qonağı olacaq Rostov Dövlət Akademik Dram Teatrı, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar  və digər Rusiya Teatrları rəhbərlərinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidovla görüşü də nəzərdə tutulub. Görüşdə yeni yaradıcılıq müqavilələrinin bağlanması barədə müzakirələr aparılacaq ki, bu da yaxın gələcəkdə digər Rusiya teatrları ilə ADGTT-nın qarşılıqlı mədəni əlaqələrinin daha da inkişaf etməsinə xidmət edəcək. 
 













www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol