• $
  • €
  • ₽
  • ₺
  • £

Çingiz Abdullayevə yeni vəzifə verildi

Çingiz Abdullayevə yeni vəzifə verildi
02.11.2016 17:45
Noyabrın 1-də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM) İctimai Birliyinin 28-29 oktyabr tarixlərində baş tutan 20 illik yubiley tədbirləri və konfransından sonra yeni seçimdə İdarə Heyətinin ilk toplantısı keçirilib.

İctimai Nəzarət Koalisiyasının Analitik İnformasiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, genişləndirilmiş iclasda DAMM İB-nin İdarə Heyətinin üzvləri, təşkilatın strukturlarının rəhbərləri, tanınmış ədəbiyyat, elm və incəsənət adamları, ictimai xadimlər, mədəniyyət işçiləri iştirak ediblər.

Toplantıda konfransdan hazırlanmış qısa videofilmə baxış olub. Daha sonra iclasda çıxış edən DAMM İB İH-nin üzvü Rasim Məmmədov təşkilatın son aylardakı fəaliyyəti, eyni zamanda görülən işlər barədə geniş məlumat verib.

R.Məmmədov onu da xatırladıb ki, İdarə Heyətinin fövqəladə iclasını keçirməkdə əsas məqsəd ümumi konfransın qərarını yerinə yetirmək, DAMM İB-yə yeni prezident və birinci vitse-prezidentini seçməkdir.

Sonda İH üzvlərinin yekdil qərarı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, dedektiv əsərlərin dünya şöhrətli müəllifi, Xalq yazıçısı Çingiz Abdullayev DAMM İB-nin yeni prezidenti, İNK İH-nin sədri Rasim Məmmədov isə l vitse-prezidenti, Milli Məclisin üzvü Rəşad Mahmudov, ictimai xadimlər Hacı Quliyev və Rəhilə Həsrətova isə vitse-prezidentlər seçiliblər.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol