• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən "O səs Türkiyə" açıqlaması

Nazirlikdən "O səs Türkiyə" açıqlaması
04.11.2016 16:59
TV-8-də yayımlanan "O səs Türkiyə" müsabiqəsi qardaş ölkədə olduğu qədər Azərbaycanda da populyardır. Son 3 ildir ki, azərbaycanlı ifaçılar müsabiqəyə axın edir. 

Onlardan bir çoxu göstərdiyi performans ilə münsifləri heyran etməyi bacarıb. Hətta müsabiqənin qalibi olan həmyerlimiz də var. Belə ki, "Eurovision"da ölkəmizi ilk dəfə təmsil edən Elnur Hüseynov səsi ilə hər kəsi təəccübləndirərək müsabiqənin qalibi olmuşdu. 

Yeni mövsümdə də Azərbaycandan müsabiqəyə qatılan iştirakçıların sayı az deyil. İlham Nəzərov, Zülfü Əsədzadə, Gülşən İbadova öz çıxışları ilə həm münsifləri, həm də tamaşaçıların diqqətini cəlb edib. Onlar Azərbaycanda fəaliyyət göstərib, bir çox müsabiqələrdə nailiyyətlər əldə etsə, öz ölkələrində ulduza çevrilə bilməsələr də, "O səs Türkiyə" müsabiqəsində bir çıxış etməklə ölkənin tanınmış simalarına çevriliblər. 

Bəs, Mədəniyyət və Turizm Nazirliyi bu istedadlı gənclər haqda nə düşünür? Onlara gələcək fəaliyyətlərində yardım edəcəklər?

Musavat.com mövzu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov ilə əlaqə saxlayıb. O bildirib ki, müsabiqə iştirakçıları nazirliyin diqqətindədir: "Hər kəsə məlumdur ki, Azərbaycan xalqı olduqca istedadlı xalqdır. Bütün dövrlərdə Azərbaycan incəsənəti və mədəni irs nümunələri ölkə xaricində sənət adamları tərəfindən tərənnüm olunub. Azərbaycan gəncləri tək "O səs Türkiyə" yarışmasında deyil, bu qəbildən olan yarışmalarda öz istedadlarını nümayiş etdirirlər. "O səs Türkiyə" özəl müsabiqədir, dövlət tərəfindən həyata keçirilmir. Amma həm Mədəniyyət və Turizm Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrdə ölkənin istedadlı gəncləri üzə çıxarılır, onlar ölkə xaricində keçirilən müsabiqələrə göndərilir, sözügedən gənclər ölkəni yüksək səviyyədə təbliğ edirlər. "O səs Türkiyə" müsabiqəsində iştirak edən azərbaycanlılar xalqımız kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən izlənilir. Gələcəkdə belə layihələrdə iştirak edən gənclərin dövlət müəssisələri ilə əməkdaşlığı arzu olunarsa, nazirlik tərəfindən bu məsələyə baxıla bilər. Əlavə olaraq onu da qeyd edim ki, ötən illərə ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox gəncin xaricdə təhsil alması ilə bağlı müvafiq tədbirlər həyata keçirilib".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol