• $
  • €
  • ₽
  • ₺
  • £

Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş festival keçirilib - Qazaxıstanda

Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş festival keçirilib - Qazaxıstanda
10.11.2016 13:59
Kokşetau şəhərində Azərbaycan və Qazaxıstanın dövlət müstəqilliklərinin bərpasının 25 illiyinə həsr olunan silsilə tədbirlər təşkil edilib.
 
ANN.Az Azərtac-a istinadən xəbər verir ki, SSRİ Xalq Artisti, Azərbaycanın görkəmli opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr olunan festival da bu qəbildəndir.

Festivalın rəsmi hissəsində Qazaxıstandakı səfirliyimizin müşaviri Ağacavid Ramazanov Azərbaycan xalqının bu böyük oğlunun xatirəsini qəlbində yaşadan tədbir iştirakçılarına minnətdarlıq edərək vurğulayıb ki, Müslüm Maqomayevin dahiyanə yaradıcılığı həmişə bütün dünya xalqlarının, o cümlədən qardaş qazax xalqının diqqət mərkəzində olub.
 
 

Tədbirdə görkəmli bəstəkarın təkrarolunmaz populyarlığı, möhtəşəm və misilsiz konsertləri, dahi şair və mütəfəkkir Nizami Gəncəvi rolunu ifa etməsi, həmçinin görkəmli musiqiçinin insani keyfiyyətlərindən, təvazökarlığı və prinsipiallığından söz açılıb.

Sonra M.Maqomayevin repertuarındakı əsərləri ifa etmək üçün Kokşetaunun gənc istedadları çıxış edib. Müslüm Maqomayevin repertuarının şah əsəri "Azərbaycan” mahnısı tamaşaçıların alqışlarına səbəb olub.

Tədbirdə Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunan film nümayiş olunub. Filmdə, əsasən müğənninin Azərbaycanla bağlı həyatı festival iştirakçılarında zəngin təəssürat yaradıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol