• $
  • €
  • ₽
  • ₺
  • £

"Əli və Nino" Nyu-Yorkda

"Əli və Nino" Nyu-Yorkda
16.11.2016 14:35
Noyabrın 15-də Nyu-York şəhərində Qurban Səidin müəllifi olduğu və dünya ədəbiyyatının nadir əsərlərindən biri hesab edilən "Əli və Nino” romanı əsasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanda çəkilmiş "Əli və Nino” filminin premyerası baş tutub. 

Premyera Nyu-Yorkun məşhur kinoteatrlarından biri olan "Sunshine” kinoteatrında keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirin açılışında çıxış edən filmin prodüseri Kris Tikyer dözümlülük və multikulturalizmin dövrümüzün və günümüzün ən aktual məsələlərindən biri olduğunu vurğulayıb və "Əli və Nino” filminin bu mövzuda əhəmiyyətli mesaj göndərdiyini bildirib. K.Tikyer filmin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi rolunu qeyd edib. K.Tikyer qeyd edib ki, Leyla Əliyevanın güclü Azərbaycan kimliyi və Vətən sevgisi bu filmin reallığa çevrilməsində və uğurlu alınmasında mühüm töhfə vermiş faktorlardan biri olub.

Tədbirə kino industriyasının dünyada məşhur adlarından olan K.Tikyerdən başqa, filmdə Əli rolunu canlandıran Adam Bakri və Mendi Petinkin də xüsusi qonaq qismində qatılıblar. A.Bakri nümayişdən öncə çıxış edərək "Əli və Nino” filminin müxtəlif yerlərdən olan fərqli insanları bir araya gətirən güclü sevgi hekayəsi olduğunu bildirib.

Premyerada Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək Qurban Səidin müəllifi olduğu bu ədəbiyyat əsərinin həm ölkəmizin, həm də bölgəmizin tarixinin və mədəniyyətinin olduqca vacib hissəsini əks etdirdiyini vurğulayıb. O qeyd edib ki, mədəni irsimizin mühüm parçalarından biri olan "Əli və Nino” əsəri əsasında çəkilmiş bu film bölgədəki milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya bilər. Məhz buna görə, E.Süleymanov belə müstəsna əsər əsasında filmin işıq üzü görməsində xüsusi əməyi və töhfəsi olan Leyla Əliyevaya dərin minnətdarlıq ifadə edib.

"Əli və Nino” filmi premyerada Nyu-York izləyiciləri tərəfindən maraq və alqışlarla qarşılanıb. Nümayişin sonunda çoxsaylı izləyicilər filmin onlarda dərin emosional iz buraxdığını qeyd ediblər.

"Əli və Nino” filmi Nyu-Yorkda kinoteatrlarda nümayiş etdiriləcək.//Trend.az

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol