• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyaya qastrol səfərinin nəticələri müzakirə olundu

Rusiyaya qastrol səfərinin nəticələri müzakirə olundu
16.11.2016 21:50
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mətbuat konfransı keçirilib. Konfrans teatrımızın yaradıcı heyətinin Rusiya Federasiyası Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrında qastrol səfərində mükafatlandırılmalarına həsr olunub. 

Giriş sözü ilə çıxış edən Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov təəssüratlarını bölüşərək bu səfərin sayca 5-ci olduğunu bildirib: "Bildiyiniz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə B.Basanqov adına Kalmıik Milli Dram Teatrı arasında 5 illik qarşılıqlı yaradıcılıq müqaviləsi imzalanmışdı. Bu müqavilənin bəndlərinə uyğun olaraq biz qarşılıqlı qastrol səfərləri təşkil edirdik. Ötən ay Kalmık teatrı şəhərimizin və teatrımızın qonağı idi. Bu günlərdə də biz sözügedən teatrın səhnəsində öz tamaşalarımızla çıxış etdik. Bu dəfəki qastrol səfəri digərlərindən fərqlənirdi. Belə ki, səfərimiz Kalmık teatrının 80 illik yubileyinə təsadüf edirdi. Yubiley çox maraqlı və təntənəli surətdə baş tutdu. Bir sıra digər ölkə teatrları və ölkə rəsmilərinin iştirak etdiyi mərasimdə istedadlı aktyorlarımız Səbinə Məmmədova və İlham Əsədov ölməz Üzeyir Hacıbəylinin musiqilərindən ibarət kompozisiya ilə çıxış etdi”. 

Mükafatlandırılanlar haqqında danışan direktorun sözlərinə görə, bu dəfəki qastrol səfəri olduqca məhsuldar keçib: "Qastrol səfərinin təntənəli bağlanış mərasimində Əməkdar Artist Şövqi Hüseynov və aktyor İlham Əsədov Kalmıkiya Respublikasının Əməkdar Artisti Fəxri adına, aktyor Elnur Kərimov "Stanislavski” medalına layiq görülüblər. Bundan başqa Əməkdar Artistlər Naibə Allahverdiyeva, Nəsibə Eldarova, aktyorlar Elnur Hüseynov, Sona Babayeva, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Səbinə Məmmədova, Mehriban Hüseynova, Ramil Məmmədov Kalmıkiya və Azərbaycan arasında "mədəni əlaqələrin genişləndirilməsi və inkişafındakı” xidmətlərinə görə Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının diplomları və fəxri fərmanları  ilə təltif olunublar”. 

Sonda mükafatçılar mətbuat nümayəndələrinin suallarını cavablandırıblar. 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol