• $
  • €
  • ₽
  • ₺
  • £

İranlı rejissor Musiqili Teatrda - FOTOLAR

İranlı rejissor Musiqili Teatrda - FOTOLAR
17.11.2016 14:12
İran İslam Respublikasının Bəndərabbas Teatrının yaradıcısı və rəhbəri, İranda maraqlı tamaşaların müəllifi kimi tanınan rejissor Ebrahim Poştkohi Azərbaycan Dövlət Musiqli Teatrında olub.
 
Dövlət Musiqli Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, E. Poştkohini İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi müşaiyət edib. Qonaqları teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. 

Ebrahim Poştkohi Azərbaycan Dövlət Musiqli Teatrının inzibati binası, tamaşa zalı, butafor, geyim, dekorasiya sexləri ilə tanış olduğunu, hazırda teatrda məşqləri gedən tamaşaların və ayrı-ayrı kollektivlərin - xor, balet, orkestrin məşq prosesində iştirak etdiyini, onda çox gözəl, xoş təəssüratların yarandığını söyləyib. "Sizin teatrın binası, burada yaradılmış şərait adama nağıllar aləmini xatırladır. Tam səmimi deyirəm, teatrınızda yaradıcılıqla məşğul olmaq üçün lazım olduğundan da artıq imkanlar var”, - deyə E. Poştkohi bildirib. 

Sonra İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi yüksək səviyyəli qəbula görə teatr rəhbərliyinə təşəkkürünü bildirərək, iki ölkə arasında mədəni əlaqələrin getdikcə daha da sürətlə inkişaf etdiyini söyləyib. "Bu cür görüşlər və qarşılıqlı əməkdaşlıq iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır və bu qəbildən olan görüşlərin müntəzəm keçirilməsinin çox böyük əhəmiyyəti var”, - deyə S. İ. İbrahimi qeyd edib.

Sonra qonaqlar "Min bir gecə” nağıllarının motivləri və dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri əsasında hazırlanan "999-cu gecə” böyüklər üçün nağıl-tamaşanı izləyiblər.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol