• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda ərzaq yarmarkası - FOTOLAR

İstanbulda ərzaq yarmarkası - FOTOLAR
19.11.2016 11:10
 
 

Rüstəm Qasımov  
 
Mən bu yaxınlarda İstanbula səfərim zamanı şəhərin Asiya tərəfini görməyə qərar verdim. Daha öncəki səfərimdə şəhərin Avropa hissəsini kifayət qədər gəzmişəm. Hətta tarixi abidələri haqqında təəssüratlarımı da yazmışdım.
 
Beləliklə, mənim səyahətim Kadıköy limanından başladı və məhz, yazımızda buradan söhbət edəcəyik. Lakin bu dəfə burada yerləşən və artıq muzey kimi fəaliyyət göstərən  məşhur "Heydərpaşa Dəmiryol Vağzalı"ndan bəhs etməyəcəm. Bu gün söhbət kiçik, amma çox maraqlı qastronomiya yarmarkasından gedəcək ki, orada müxtəlif növ məhsulların satışı keçirilir. Bu bazar açıq səma altında Kadıköy limanında Haldun Tanerin adını daşıyan teatrın yanında yerləşir.
 
Burada mənim ilk diqqətimi çəkən qeyri-adi türk çörəyi oldu. Bu çörəyi digər çörəklərdən fərqləndirən ən əsas cəhət qurumamasıdır. Məhz, bu xüsusiyyətinə görə, nəinki, türklərin, eyni zamanda xaricilərin də diqqət mərkəzində idi. Söhbət bütün Türkiyədə məşhur olan Trabzon çörəyindən gedir.
 
Çörək nəhəng dairəvi formada olur, qarışıq buğda növləri ilə mayalanır və xüsusilə daş sobalarda bişirilərək yumşaqlığı  bir həftə qalır. Çörəkçilərin fikrinə görə, bu çörəyin hazırlanma sirrini bilmədən, nə ev şəraitində, nə də zavod şəraitində bişirmək mümkün deyil.

 
 
 
Yarmarkada diqqətimi çəkən qastronomiya məhsullarından quru meyvələr oldu. Təqdim olunan meyvə quruları müxtəlifliyi ilə yanaşı,  keyfiyyəti ilə də fərqlənir. Burada üzüm qurusunun növləri, ərik qurusu və müxtəlif xurmalar və s. tapmaq olar.

 

 
Bundan başqa  qoz, fındıq, badam, püstə çeşidlərini də qeyd etməliyik.  

 
 
Mənim diqqətimi çəkən digər bir məhsul isə ətsiz dolmadır ki, bu da insanların damaq dadına uyğundur. Xüsusilə sağlam qidalanmaya üstünlük verənlər üçün ideal bir təamdır. Belə ki, qidanın tərkibində onu kalorili edən ət yoxdur.  Dolmanın içi düyü və quru kişmişdən hazırlanır. Burada şəkildə gördüyünüz kimi dolmanın yanında məşhur türk paxlavası da qoyulub.

 
 
Beləliklə, şirniyyatlara keçid alırıq.  Türk mətbəxi müxtəlif  növ şirniyyatların bişirilməsi və hazırlanması  ilə məşhurdur.  Buraya paxlava rahat lokum və s. daxildir. Eyni zamanda, yarmarkada Türkiyənin məşhur şirniyyatı - "Pestil”, "Cevizli Sucuk" var idi ki, bunlar üzüm şirəsi və qozdan hazırlanır.

 
Növbəti şirniyyat "Kənd Pestili”

 
 
Məhsulunun ləzzətli olduğunu piştaxta arxasında duran satıcı mənə göstərmək istədi.
 
 
 
 
Biz yarmarkada olan bol çeşidli kolbasa məhsullarına nəzər yetirməyə bilməzdik. Yarmarkada xüsusü kolbasa növu var ki, sucuk adlanır. O  qoyun və ya mal ətindən müxtəlif ədviyyatlar əsasında hazırlanır. Türk və şərq xalqları arasında çox istifadə olunan bir məhsuldur. Sucuq onun hazırlanması üçün istifadə olunan ədviyyatlara görə öz iti ətri ilə fərqlənir. Bu kolbasa növünün müxtəlif cür olanları var.

Digər növlü kolbasalara nəzərən sucuq daha fərqli hesab olunur.
 
Eyni zamanda, yarmarkada bir çəllək bal da almaq mümkündür.

Əgər, siz yarmarkanı gəzdiyiniz zaman aclıq hiss etsəniz, o zaman elə yarmarkanın içində hazırlanan "Balıq Əkmək” yeyə bilərsiniz.

Bir sözlə, yarmarkada gəzərkən, quru meyvə qoxusu, bununla yanaşı zərif şərq ətri ilə insanı bihuş edən ədviyyatların iyləri və bişirilən təzə balıq qoxusu insanda xoş təəssürat yaradır.  Əgər siz şərq bazarında sadəcə alış veriş üçün deyil, buranın özünə məxsus məhsullarının ətirlərini duymaq istəyirsinizsə, o zaman mütləq Kadıköydə yerləşən bu yarmarakaya gedin.
 
Bununla da bizim Kadıköydəki ziyarətimiz sona çatdı. Ancaq İstanbul səyahətimiz davam edir.  
Xoş baxış diləyi ilə: 






www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol